SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 27-də Baku Crystal Hall-da “YARADAN” yaradıcılıq birliyinin "Yaradan Uşaqlar" və www.yaradanproject.az saytının təqdimatı keçirilib.


BAKU.WS-in məlumatına görə, layihənin əsas məqsədi fiziki imkanları məhdud olan, aztəminatlı ailələrdən, sığınacaqda və internatda yaşayan 12-16 yaş arası uşaqların bacarıqlarının inkişafı və həyata keçirilməsi üçün şərait yaratmağa və onlara cəmiyyətə uyğunlaşmağa kömək etməkdir.   


Tədbirdə çıxış edən layihə rəhbəri Nigar Rzayeva bunları qeyd etdi:

"Bu layihəyə başladığımızda bizi həqiqətən nə gözləyədiyini heç kəs bilmirdi. İndi isə çətin taleyi olan uşaqlar xoşbəxt simaları ilə bizim qucaqlarımıza qaçır və bilik yolunda daha da irəliyə getməyə hazır olduqlarını ifadə edirlər. Bu an başa düşürük ki, hər şeyi düzgün etmişik və layihəmiz daim yaşamalı və genişlənməlidir".

Məqsəd uşaqlara şüurlarını genişləndirməkdə kömək etmək, özlərinə və sevgiyə inam artırmaq, onların yaradıcı gücünü və bacarıqlarını inkişaf və tətbiq etmək, birliyin əhəmiyyətini anlamaq, xoşbəxt olmağı öyrətməkdir.


Layihəyə 2018-ci il yanvar ayında start verilib. Uşaqlarla ilk görüş və dərslərin ilk günü martın 3-də baş tutub. Uşaqlarla qrup və fərdi şəkildə keçirilən dərslər, onların rəhbərləri, yəni YARADAN yaradıcı qrupunun üzvləri ilə həftədə bir neçə dəfə keçirilir. Dərslər standart təhsil kurslarından və məktəb dərslərindən fərqlənir. Layihənin əsas prinsipi şüurumuzun çərçivələrini aşaraq, özümüzü tətbiq və inkişaf etmək yolunda irəliləməkdir.

İlin yekunu olaraq, 2019-cu ilin mart ayında "Yaradan uşaqlar"-ın birgə işlərindən ibarət tədbir keçiriləcək. Bu tədbirə rəsm əsərləri sərgisi, film, fotoqrafiya, kitab, oyun, musiqi və s. daxildir. Bütün iştirakçılar – həm böyüklər, həm də uşaqlar bir mövzu üzrə (“İz”) öz işlərini təqdim edəcəklər. Layihənin şüarı: "Yaradım ki, izim qala"dır.


Layihədə 12 uşaq və 15 böyük iştirak edir. Böyük iştirakçılar üç qrupa bölünür: yaradıcı (rəssam, musiqiçi, yazıçı, fotoqraf, rejissor, rəqqas, qida üzrə ustad), pedaqoji (müəllim—psixoloqlar) və təşkilati və ya inzibati. Böyüklərdən ibarət qrupların tərkibi artıq formalaşdığına baxmayaraq, bu layihəyə qatılmaq istəyənlər hələ də var”.

O da qeyd olundu ki, layihədə iştirak edənlərin hamısı könüllülərdir. Bütün layihə iştirakçılarını mənəvi dəyərlər üstünlüyü ideyası, xeyirxahlığa, gözəlliyə, həyata və insanlara olan sevgi birləşdirir.

Hüseyn Məmmədsalahov
BAKU.WS