SİZİN REKLAM BURADA!
055 213 76 73



Avropanı əsarəti altına salan dezomorfin adlı narkotik vasitə Türkiyə üçün də böyük bəlaya çevrilib.


BAKU.WS xəbər verir ki, narkotik maddə aludəçilərinin ən çox istifadə etdiyi bu vasitə digərlərinə nisbətən ucuzdur.


Dezomorfin tərkibinə görə ən qorxunc kimyəvi daşıyıcıya malikdir. Bu kimyəvi maddə orqanizmə daxil olduqda, əti çürüdür.


Ondan istifadə edən şəxs 2 il ərzində ölümə məhkum olur. Məhz bu xüsusiyyət onu digər narkotik maddələrdən fərqləndirir. Ona görə də, onu insanlar arasında “Krokodil” adlandırırlar.


Dezomorfin hətta heroindən də güclü təsirə malikdir. “Krokodil”dən bir dəfə ən az doza belə istifadə edən şəxs onun aludəçisinə çevrilir.


Ziya SƏCCAD
BAKU.WS