SİZİN REKLAM BURADA!
055 213 76 73




BAKU.WS 30 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Əla gündür. Güclü və eyni zamanda qətiyyətlisiz. Sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Hər şey plana uyğundur. Nizamı pozmamaq üçün hadisələrin axarına müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq. Tələsməyin, yeni plan hazırlayın.

Buğa - Gözəl gün yaşayacaqsız. Çoxdan görüşmədiyiniz dostlarınızla bərabər axşam keçirə bilərsiz. Sevgi münasibətlərində romantik anlar gözlənilir. Dostlar və yaxınlarınızın təşəbbüslərini dəstəkləyin. Yaradıcılıq və işgüzarlıq potensialınız bu gün yüksək deyil. Müqavilə və anlaşma imzalamaq, mühüm sənədlərlə iş üzrə əlverişli gündür. Əvvəllər qarşılıqlı anlaşmaya nail ola bilmədiyiniz insanlarla da dil tapa bilərsiniz. Yeni tanışlıq istisna deyil.

Əkizlər - Uğurlu gündür. Bu gün bir neçə təklif ala bilərsiniz. Düşünülməmiş addımlar atmayın. Aldanmayın, həmin təkliflərin hər biri ciddi deyil. Diqqət tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər. Ünsiyyətdə səbrli və təmkinli olun, çərçivəni daraldın. Tərəfdaş və ya şəriklə münasibətlərdə yeni məqamlar yaranır. Eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir.

Xərçəng - Bu gün sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz. Yaxınlarızla ünsiyyət sizi sevindirəcək, onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır.

Şir - Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər. Yaxın insanlarla əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni layihəyə başlaya bilərsiniz. Yeni tərəfdaş və ya şəriklər arayın. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin.

Qız - Faydalı məlumatlar əldə etməyə can atın. Peşəkar fəaliyyətinizlə bağlı məsələləri həll etməyə çalışın. Sənədləşmə ilə bağlı işlər, hesabatların hazırlanması üçün əlverişlidir. Gərəkli məlumatları vaxtında əldə etmək üçün bütün vasitələrdən yararlanın. Ulduzların sizin xeyrinizə düzülüşündən istifadə edin. Şəxsi və işgüzar müstəvidə baş verən narazılıqları diplomatik qabiliyyətinizi işə salıb, yoluna qoyun.

Tərəzi - Sürprizlərlə zəngin gündür. Ailə üzvlərindən biri ilə bağlı xoş hadisə yaşanacaq və bu sizi çox sevindirəcək. Gələcəklə bağlı planlar qura bilərsiz, hadisələr sizin xeyrinizə inkişaf edir. Karyerada uğur qazanmaq istəyirsizsə, bu aralar bilik və bacarığınızı maksimum nümayiş etdirin. Hormoniya və uğur vəd edən gündür. Hətta sizə rəğbət bəsləməyən insanlarla dil tapa biləcəksiniz. 

Əqrəb - Gərgin gündür. Karyeranızla bağlı önəmli məsələlər həllini tələb edir. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Təmkinli, diplomatik, səbrli olun. Kənar müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin, mənfi tendesiya ötəri xarakterlidir. İntriqanın qurbanına çevrilmək istəmirsinizsə, heç kimin şəxsi məsələlərinə müdaxilə etməyin. Yaranan problemlərin sizə aidiyyatı yoxdur, müşahidəçi mövqeyini qoruyun.

Oxatan - Gün uğurlu başlanacaq, rəngarəng gündür. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. İşgüzar insanlara sərfəli təklif edilə bilər. İmtina etməyin. Müdriklik nümayiş etdirsəniz, düşünülməmiş addımlardan qaça bilərsiz. Bu gün verdiyiniz səhv qərarlar yaxın gələcəkdə sizə çətinlik yarada bilər. Bu üzdən vacib məsələlərin müzakirəsini və həllini təxirə salın.

Oğlaq - Pozitiv gündür. Enerjiniz yüksəlib, bütün məsələlərdə aktivlik nümayiş etdirə bilərsiz. Emosiyalarınızı tənzimləyin, lazımsız hisslər problem yarada bilər. İşgüzar məsələlər daha çox zamanınızı alacaq. İşdə kollektivin dəstəyinə güvənə bilərsiz, sizi məyus etməyəcəklər. Ailə münasibətlərini önəmsəyin, onların sizə ehtiyacı var. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün də yaxşı zamandır. 

Dolça - Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Fəaliyyətinizdə problemlər yarana bilər, lakin narahat olmağa dəyməz. Çoxdan tanıdığınız nüfuzlu şəxs sizin prolemlərinizi həll edəcək. İşgüzar danışıqlar məhsuldar olacaq. Yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Axşam saatları sevdiyiniz insanla romantik görüş vəd edir. Onun sizin üçün dəyərli olduğunu bildirməyin zamanı gəlib çıxıb.

Balıqlar - Şanslı gündür. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Karyeranızda yeni perspektivlər yaranacaq. Faydalı tanışlıqlar sizə mövqelərinizi möhkəmlətməyə kömək edəcək. Axşam saatlarında köməyinizə ehtiyacı olan yaxınlarınızın problemləri ilə maraqlanın.

BAKU.WS