055 213 76 73
Bakıda Orifleym Azərbaycan-nın 20 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.
BAKU.WS-in məlumatına görə, tədbirdə Orifleym Azərbaycan-nın 20 illik tarixindəki uğurlardan söhbət açılıb. Qonaqların diqqətinə çatdırılıb ki, Orifleym Azərbaycan şirkətinin əsası rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.
Bu il Oriflame şirkətinin Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd etdik, "Gözəl dəyişimlər" layihəsində dünyanı daha yaxşıya doğru dəyişmək yolları haqqında danışdıq, sübut etdik ki "həqiqi gözəlliyin yaşı olmur", sizinlə birgə "Həqiqi yay" yaşadıq.
Zaman heç vaxt dayanmadığı kimi, bu 20 il ərzində Orifleym-Azərbaycan da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir.
Orifleym Azərbaycan – 20 illik tarixi olan uğur
1967-ci ildə af Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər. Beləliklə, Orifleym yarandı! Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimizi Orifleymlə əməkdaşlıq edən məsləhətçilərdən ibarət satış gücü dünya bazarlarında satır.
50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzimizin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnalogiyalar axtarışındadır.
•Orifleymin təmsil olunduğu ölkələrin sayı-60-dan çox
•Orifleym əməkdaşlarının sayı- təqribən 7000
•Məhsul çeşidi- təxminən 1000 adda müasir təbii isveç kosmetikası
•Şəxsi fabriklərinin yerləşdiyi ölkələr- Russiya, Polşa, Çin və Hidistan
https://www.instagram.com/oriflame_official_azerbaijan/
https://www.facebook.com/OriflameAzerbaijanOfficial