SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS həftənin ilk iş gününün - 29 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Çox çətin gündür. Üstəlik, insan sizin üçün nə qədər yaxın və dəyərlidirsə, qarşılışlı anlaşmaya nail olmaq şansı bir o qədər azdır. Maddi vəziyyət o qədər də yaxşı deyil. Yeni tanışlarınız sizi cəlb edir. Bu, düşünülməmiş hərəkətlərə, ciddi səhvlərə səbəb ola bilər.


Buğa - Uğur qazanmaq şansı çox yüksəkdir. Sizi çoxdandır narahat edən çətin məsələnin həlli də mümkün olacaq. Lakin yeni imkanlar adətən tam dəyərləndirilmiş olmayacaq və istifadə edilməyəcək. Əgər daha çox çeviklik nümayiş etdirsəniz, gün daha maraqlı ola bilər.


Əkizlər - Kifayət qədər sakit gündür. Heç nə sizi təəccübləndirməyəcək, məyus etməyəcək və sevindirməyəcək. Gününüz əvvəlcədən qurulmuş plan üzrə davam edəcək. Ailə üzvləri ilə maliyyə məsələlərində vahid rəyə gəlmək çətindir. Yaxınlarınız sizi inadla qənaətə çağıracaqlar.


Xərçəng - Hər biri xeyli vaxtınızı və gücünüzü alacaq bir sıra mürəkkəb məsələnin həlliylə məşğul olmaq lazım gələcək. Yaxın insanlardan biri ilə münaqişə yaşana bilər. Təmkinli olun, sonra aranı düzəltmək çətin olacaq. Sevgi müstəvisində məyus edəcək heç nə müşahidə edilməyəcək.


Şir - Maliyyə vəziyyətiniz yaxşıdır. Lakin emosional fon sabit deyil. Günün birinci yarısı əhvalınız yaxşı olacaq. Axşama doğru isə pisləşəcək. Yaşlı qohumlarınızla münaqişələr mümkündür. Pul, yaxud qiymətli əmlak üstündə mübahisəniz düşə bilər. Günün sonunda başınız ağrıya bilər.


Qız - Çox gözəl gündür. Cazibəniz çox güclüdür. Hiss edirsiniz ki, ətrafınızdakılarda unudulmaz təəssüratlar yaradırsınız. Bu gün sizə kömək etməyə başlayan insanlar uzun müddət tərəfdaşınız olacaq. İmkandan istifadə edib maraqlı tanışlıq qura bilərsiniz: onun davamı çox romantik ola bilər.


Tərəzi - Bu gün sizə yerinə yetirmədiyiniz vədləri, unutduğunuz öhdəlikləri xatırladacaqlar. Bu isə işinizin artmasına səbəb olacaq. Ruh düşkünlüyü, depressiyaya qapılmayın. İş nə qədər ağır və mürəkkəb olarsa, gün bir o qədər sürətlə keçəcək. İşgüzar tərəfdaş, şəriklə dil tapmaq asan olacaq.


Əqrəb - Bu gün ulduzlar sizi himayə və müdafiə edir. Danışıqlar və müzakirələr üçün əlverişli gündür. Bacarıqlarınızın nümayişi yaxşı effekt verə bilər. Əməkdaşlıqla bağlı yeni təkliflərin alınması istisna deyil. Şəxsi həyatda vəziyyət stabildir. Yaxın gələcəklə bağlı planlar qura bilərsiz.


Oxatan - Günün enerjisi sizi qane etməyəcək. Əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz. Təkliyə çəkilib istirahət edin.


Oğlaq - Maliyyə vəziyyətiniz yaxşıdır. Əlinizə pul gələcək, amma çox durmayacaq. Bir çox toğlaqların bəxti sevgidə gətirəcək. Elə bir gündür ki, istənilən görüş taleyüklü ola bilər. Kiməsə qarşı ani rəğbət sürətlə ciddi hissə çevrilir.  


Dolça - Ehtiyatlı olun. Bu gün buraxdığınız səhvlər işdə ciddi problemlər yarada bilər. Narahat olmağa dəyməz, yenə də qazanan siz olacaqsınız. Sevdiyiniz şəxslə siz narahat edən məsələləri müzakirə edə bilərsiniz. Söhbətə başlamaqdan çəkinməyin, eşidəcəkləriniz sizi sevindirəcək.


Balıqlar - Şəxsi həyatınızda dəyişiklik etmək yanğısı sizi düşünülməmiş hərəkətlərə təhrik edir. Məhz bu səbəbdən hətta özünüzün də sonunun olmayacağını gördüyünüz münasibətlərə başlayırsınız. Səhvlərdən qaçmaq üçün risklərdən imtina etmək və ağıllı birinə güvənmək lazımdlır.


BAKU.WS