055 213 76 73
Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq
Azərbaycanın rayonlarında
Oktyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 15-19 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 20-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.