055 213 76 73
Son zamanlar Almaniyadan azərbaycanlıların deportasiyası haqqında məlumatlar yayılır. O zaman maraqlıdır. Son 9 ay ərzində nə qədər azərbaycanlı Almaniyadan readmissiya olunub?
BAKU.WS xəbər veri ki, Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Füzuli İsmayılov modern.az-a bildirib ki, Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasının vətəndaşları aşağıda göstərilən aylar üzrə readmissiya edilib.
Yanvar ayı 29 nəfər
Fevral ayı 38 nəfər
Mart ayı 33 nəfər
Aprel ayı 30 nəfər
May ayı 21 nəfər
İyun ayı 38 nəfər
İyul ayı 48 nəfər
Avqust ayı 24 nəfər
Sentyabr ayı 19 nəfər
Ümumilikdə isə bu il Almaniyadan readmissiya olunan azərbaycanlıların sayı 280 nəfərdir.