SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, məşhur geyim brendi "Fendi"nin reklam çarxında səslənən mahnıda "Bir gün mənə rəhmin gələcək" Azərbaycan sözlərindən istifadə edilib.

BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə çarxı izləyən hər kəs bir-birinə "Bu mahnını kim oxuyur?" sualını ünvanlayır.



«Bir gün mənə rəhmin gələcək» cümləsi Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanın 1983-cü ildə ifa etdiyi "Fəridə" mahnısındandır.

Reklam çarxında "Fəridə" mahnısındakı sözügedən cümləni digər bir ifaçı tərəfindən oxunması da istisna olunmur. Belə ki, hər bir məşhur brendin musiqisi sıfırdan yazılır.



Qeyd edək ki, Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva milliyətcə azərbaycanlıdır.

Müğənninin Azərbaycan dilində ifa etdiyi "Qara göz" və "Nigaranam" mahnıları yerli auditoriyaya yaxşı tanışdır.

Hüseyn Məmmədsalahov
BAKU.WS