VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İranda 39 il sonra qadınlara futbol oyununu stadionda izləməyə icazə verilib.


BAKU.WS xəbər verir ki, bu qərardan sonra Tehrandakı stadion xanımların coşğusu ilə təlatümə gəlib.


Belə ki, ötən gün yerli vaxtla saat 19:30-da Tehranda baş tutan İran-Boliviya oyununda 300-ə qədər qadın futbol azarkeşi iştirak edib. Qadınlar stadiona ölkə rəhbərliyi tərəfindən xüsusi icazə vərəqələri ilə təmin olunduqdan sonra baraxılıblar.


Oyun İranın Boliviya üzərində 2-1 qələbəsi ilə yekunlaşıb. Matçdan sonra qadınlar stadionu könüllü şəkildə təmizləyiblər. Həmin hadisə İran mediasında müzakirə obyekti olub.


Qeyd edək ki, 39 ildən sonra ilk dəfə qadın azarkeşlər İran-İspaniya maçında stadionunda oyun izləyiblər.


Cavid Babayev
BAKU.WS