VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS çərşənbə gününün - 17 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Çox uğurlu gündür. Müsbət tendensiyaların təsiri güclüdür. İşgüzar danışıqlar üçün əla gündür, kimi istəsəniz, özünüzün haqlı olduğunuza inandıracaqsınız. Maliyyə perspektivləri yaxşıdır. Əlinizə vaxtında pullar gələcək. Əla əşyalar əldə etmək şanslarınız var. Bunların siyahısı qarderobdan tutmuş, məişət texnikası və avtomobilədək dəyişə bilər.

Buğa - Bu günün sizi sevindirəcəyi şübhə altındadır. Problemləriniz çox və mürəkkəbdir. Hamısının öhdəsindən tezliklə gələcəyinizə ümid etməyin. Bəzi işgüzar məsələləri vaxtında həll edə bilmirsiniz, bu səbəbdən peşəkar mövqeyiniz təhlükədədir. Həmkarlarınız və rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Təəssüf ki, işdəki problemləri özünüzlə evinizə də daşıyırsınız. Bu isə yaxınlarınızın narazılığına səbəb olur.

Əkizlər - Bəzi anlaşılmaz məsələləri həll etmək olar. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələri dəf etməyincə irəliləyiş mümkün olmaycaq. Baş verən hadisələrə rəğmən emosiyalara qapılmayın. Sakit, soyuqqanlı olsanız, situasiyanı obyektiv dəyərləndirərək böhranın ən optimal həll variantını tapa biləcəksiniz. Nəzərdə tutulmamış, qəfil işin görülməsi zərurəti ilə başlaya bilər.

Xərçəng - Rəhbərliklə müzakirələrə başlamaq, hesabatlar hazırlamaq olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə bəlli həddi keçməyin. kiçik, amma dərhal həll olunması gərəkən məsələlər var. İşçi məqamların çözülməsində aramla çalışın. İşdə həmkarlarınızın fikirlərini nəzərə alın. İnzibati məsələlərin həllində yaxın dostlarınız, tərəfdaşlarınız və ya şəriklərinizin köməyindən faydalana bilərsiniz.

Şir - gününüz asan olmasa da, həm qarşınıza qoyduğunuz məqsədlərə çata, həm də rəqiblərinizi ötüb keçə bilirsiniz. Peşəkar sahədə əməlli-başlı irəliyə sıçrayış edə bilərsiniz. Öz gücünüzə inanır və çətinliklər yaranarkən geri çəkilmirsiniz. Qələbə qazanmaq üçün də elə bu lazımdır. Planlaşdırılmamış, amma çox maraqlı görüşlər mümkündür. Bir çox Qoçlar ünsiyyətdən xeyli zövq aldıqları insanlarla yenidən görüşəcəklər.

Qız - İşdə rəhbərliklə danışmalı olacaqsınız. Gərəkli tonu seçin, ehtiyatlı olun. Sakin və məntiqli olun. Belədə mühüm məsələləri öz xeyrinizə həll edə bilərsiniz. Məhsuldar fəaliyyətin naminə müəyyən məsələləri qurban vermək olar. Situasiyadakı qəfil dəyişikliklərə psixoloji baxımdan hazır olun.
Yeni layihəyə başlamağa tələsməyin.

Tərəzi - Vacib məsələlərin həllinə yetərincə vaxt ayırın. İkinci dərəcəli məsələləri təxirə sala bilərsiz. Aldığınız informasiyaları və məlumatları təhlil etmədən fikir yürütməyin. Qərar qəbul edənkən ümumi qaydaları pozmayın, ilkin plan çərçivəsindən kənara çıxmayın. Həmkarlarla sıx tərəfdaşlıq xeyrinizə ola bilər. Şəxsi münasibətləri qaydasına salın.

Əqrəb - Təklifləri dəyərləndirmədən qərar verməyin. Bəzi məsələlərdə tələskənlik ciddi fəsadlar yarada bilər. Hadisələrin pərdəarxasındakı məzmunu anlamasanız, yanlış addım atacaqsınız. Mühüm sənədlərin imzalanmasında, işgüzar yazışmalarda təfərrüatları nəzərdən qaçırmayın. Hansısa proseslərlə bağlı şübhələriniz yaranarsa, bir qədər nəfəs dərin. Amma yerinizdə saymayın, irəliləməyə can atın.

Oxatan - Təmkinli olun. Emosiyaların tarıma çəkildiyi anlarda soyuqqanlı davranın. Yaxınlarınızın mövqelərinə fikir verin, onların nə istədiklərini anlayın. Sözlərinizdə neytral olun, dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Təcili işlərin həllinə yetərincə vaxt ayırın. İkinci dərəcəli məsələlərə bütün diqqətinizi ayıraraq vaxtınızı boşa sərf etməyin.

Oğlaq - Sirlərinizi kimsə ilə bölüşməyin. Yaxşı tanımadığınız insanlara planlarınızı açıqlamayın. Gerçək niyyətləri sizə tam bəlli olmayan insanlarla tərəfdaş olmayın. Yaşanan vəziyyətin təkanverici məqamlarını araşdırın. Hadisələrin məğzini anlamağa can atın. Belədə sizi narahat edən məsələlərin həllini tapa bilərsiniz.

Dolça - Gün mühüm işlərin həlli üçün əlverişlidir. Təşkilati və inzibati problemləri həll edərkən məhsuldar çalışın. Toplantıya qatılsanız, həmkarları və ya tərəfdaşları sərt tənqid etməyin. Lider olmaq istəyirsinizsə, ətrafınızdakı insanları arxanızca aparmağı bacarın. Çətin situasiyada məntiqli davranın. Nüfuzunuza zərbə dəyməsini istəmirsinizsə, aktual hadisələrin axarını izləyin.

Balıqlar - Günü məişət problemlərinin çözülməsinə və peşə fəaliyyətinizlə bağlı xırda nüansların aradan qaldırılmasına həsr edin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdən konstruktivlik, hər sözünüzə cavabdeh olmağı tələb edəcək. Gün ərzində maksimum dərəcədə təmkinli, səbrli olun. Emosional davranmayın. Hisslərinizə hakim olun. 

BAKU.WS