SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

BAKU.WS
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

BAKU.WS