SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS istirahət gününün - 7 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Bu gün yarana biləcək problemləri dərhal həll etməyə çalışın. Günü aktiv keçirin. Yeni işlərə başlayın, təkliflər verin.

Buğa - Heç kimlə konfliktə girməyin. Səbrli və sakit olmağa üstünlük verin. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.

Əkizlər - Sağlamlığınızla bağlı bir neçə problemlə rastlaşma ehtimalınız var. Səhhətinizi qoruyun. Bol miqdarda su için, meyvə və tərəvəzə üstünlük verin.

Xərçəng - İstəmədiyiniz işi görməyin. Dostlarla, doğmalarla görüş üçün əlverişli gündür. Alış-veriş edin.

Şir - Maliyyə işləri üçün uyğun gün deyil. Maddi problemləriniz daha da çoxalacaq. Çıxış yolu tapmaqda çətinlik çəkəcəksiniz.

Qız - Əsəbləriniz tarıma çəkilcək. Bir neçə nəfərlə mübahisə edəcəksiniz. Özünüzü yormayın. Onsuz da nə deməyinizdən asılı olmayaraq, onların fikirləri sabit qalacaq.

Tərəzi - Maraqlarınızı digərlərinin maraqlarından üstün tutmayın. Çox gözlədiyiniz xəbəri alacaqsınız. Mütaliə edin.

Əqrəb - Ayın ən uğurlu günüdür. Yeni ideyaların həyata keçirməyin əsl vaxtıdır. Əzmkar olun və uğur sizinlə olacaq. İddiaçı olmaqdan çəkinməyin.

Oxatan - Bu gün güc və enerjiniz aşıb-daşacaq. Günlərlə yığılan problemlərinizi həll edin.Təmkinli olsanız, hər şey həllini tapacaq.

Oğlaq - Həmkarlarınızla, qonşu və qohumlarınızla aranızda mübahisələr yarana bilər. Vacib qərarlar verməyə tələsməyin. Hər kəslə xoş davranın.

Dolça - Bekar gəzməyin, tənbəl olmayın. Passiv istirahət etməyiniz səhhətinizdə problemlər yarada bilər.

Balıqlar - Bikef olacaqsınız. Xoşagəlməz hadisələrlə üzləşmək ehtimalınız var.

BAKU.WS