SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS bazar gününün - 23 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz. Yaxşı tanımadığınız insanın məkrli planının qurbanına çevrilməyin. Çoxlu mübahisələr və isti diskussiyalar olacaq. Amma onlar ciddi bir konfliktlə nəticələnməyəcək. Bir fikrə gəlsəniz, hər kəs bundan razı qalar. Məhz buna görə bəzi suallar hələ də cavabsız olaraq qalacaq.

Buğa - Gərgin və qarışıq gündür. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın. Hadisələrin ən uğursuz məcrasına hazır olun. Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz sözlərin fərqinə varın.

Əkizlər - Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin. Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur.

Xərçəng - Keçdiyiniz yola nəzər salın, səhvləri təkrarlamayın. Ənənəvi məşğuliyyəti yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar. Maraqlandığınız insan barədə az da olsa, məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə, dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq. Depressiyaya qapılmayın, ruhdan düşməyin. Yaxınlarınız sizə dəstək verəcəklər.

Şir - Məsuliyyət tələb edən gündür, lakin başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin. Eksperimentlərdən çəkinin. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Qiymətli hədiyyə ala bilərsiniz.

Qız - Çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox nüanslardan bəhrələnib karyera pillələri ilə yuxarı qalxa bilərlər. Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. 

Tərəzi - Əldə edə biləcəyiniz uğurlar yalnız sizdən, işə necə diqqət göstərəcəyinizdən asılıdır. Etibarlı dost və ya nüfuzlu insan sizə kömək edərsə, əla olar. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli vasitələrdən istifadə edin. Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər.  Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur. Qayğıkeş, diqqətli olun. Alicənab insan təsiri bağışlayın.

Əqrəb - Həyati potensialınız böyükdür. Xoş insanların əhatəsində keçirəcəyiniz bir istirahət sizə həm fiziki, həm də ruhi nöqteyi-nəzərdən çox xeyrli olacaq. Heç hara tələsmək lazım deyil, düşdüyünüz vəziyyətlə bağlı bir xeyli fikirləşin. Planlarınızı özünüz qurun. Siz çox yaxşı məsləhətlər verirsiz. Ətrafdakılar bunu görürlər və sizə nəinki kiçik problemlərin, hətta böyük problemlərin həlli üçün də müraciət edirlər.

Oxatan - Çox uğurlu gündür. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz. Romantik və dost görüşləri üçün yaxşı gündür. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.

Oğlaq - Ailə və sevgi münasibətləri harmoniyalı olacaq. Sizin yaxın insanlarla yaxşı ünsiyyətiniz olacaq ki, bu da, əlbəttə, sizin əhvalınıza təsir edəcək. Çoxdan xoşunuza gələn insandan sizə xoş xəbər gələ bilər. Əlinizə pul gələ bilər. Çalışın, heç kimə inanmayın. Bu gün sizin intiusiyanız sizi aldada bilər. Əsasən, bu proses yeni tanışlıqlar zamanı meydana çıxa bilər.

Dolça – Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olun. Məqsədə çatmağın optimal yollarını fikirləşin. İnsanların gur olduqları toplantılardan uzaq gəzin. Enerjiniz tükənir, dincəlin. Ətrafınızda baş verənlərə laqeyd olmayın. İşgüzar əməkdaşlılar öz bəhrəsini verəcək. Qətiyyətli olsanız, cari işlərdə gözləntilərdən artığına nail ola bilərsiniz. Əgər vəziyyət ürəyinizcə deyilsə, suallara cavab arayın. Şans sizinlədir, irəliləmək üçün bütün imkanları dəyərləndirin.

Balıqlar - Münasibətlərdə aqressiv olmayın. Heç kimdən etiraf və səmimiyyət gözləməyin. Diqqət mərkəzində olacaqsınız. Tərəfdaşlar və şəriklərlə münasibətlərdə maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Qənaətcil olun. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis alınmayacaq. onları ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız.

BAKU.WS