SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib. Uşaqların sayının 10-a çatdırılmasının isə çox maraqlı izahı var. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəlib.

Bərdənin Yenidaşkənd kəndində yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya göz açıb. 14 il evli olan bu ailənin indiyədək 4 qız və 5 oğlan övladı olub.

Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. Uşaqların sayının 10-a çatdırılması isə doğma Vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.

Hələlik körpəyə qoyulacaq adla bağlı qərar verməyiblər.

Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.

Ailədəki ən böyük uşağın 13 yaşı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS