SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS cümə axşamının - 20 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç- Bu gün yeniliklərə meyilli olacaqsız. İdmanın ekstremal növü və ya sevgidə yeni biliklərə yiyələnmək istəyi yaranacaq. Əgər sevdiyiniz insan varsa, fərq li senaridə bərabər gözəl bir axşam keçirə bilərsiz. Əgər tənhasızsa, bu gün yeni tanışlıqlara və cəsarətli addımlara açıq olacaq. Bundan başqa, bu gün Qoç özünü yaradıclıqda göstərə biləcək.

Buğa - Gərgin gündür. Gündəlik işlərin öhdəsindən gəlməkdə çətinlik çəkəcəksiz. Buğaları bu gün hər şey - çevrədəki insanlar, hadisələr, hətta öz düşüncələri belə yayındıracaq. Bu vəziyyət bütün işlərinizə təsir edəcək. Ulduzlar bu gün taym-aut götürməyi məsləhət verir. Bundan istifadə edib, yaxşı dincəlin və əylənin.

Əkizlər - Bu gün ulduzlar bütünlüklə Əkizlərin tərəfindədir. Fortuna onlara öz gülümsər üzünü göstərir. Bir sözlə, xoş sürprizlərə hazır olun. Ola bilsin sevgidə bəxtiniz gətirəcək ya da əlinizə gözləmədiyiniz pul gələcək. Əgər hansısa planınızı həyata keçirmək istəyirsizsə, bu gündən yaxşı gün tapa bilməyəcəksiz. Günün uğurunu əldən buraxmayın.

Xərçəng - Bu gün Xərçənglərin səbr kasasını daşdırmaq çətin olmayacaq. Başqa gün diqqətinizi çəkməyən hadisə bu gün sizi özünüzdən çıxara bilər. Emosiyalarınızı ələ almağa çalışın və kəskin ifadələr işlədib, özünüzə düşmən qazanmayasız. Ən yaxşısı, fitnes zala və ya hovuza gedin. İdman və su insanı sakitləşdirir.

Şir - Bu gün Şirdən məntiqli addım gözləməyin. Praktiki olaraq bu gün gətirdiyi arqumentlər sadəcə "istəyirəm" və "istəməyərəm" olacaq. Gün ərzində istək və arzularınızın hakimiyyəti altında olacaqsız. Öz addımlarını anlamaqda özünüz belə çətinlik çəkəcəksiz. Ciddi səhvlərə yol verməmək üçün dostların və yaxınların məsləhətlərindən yararlanmaq məsləhət görülür. Sadəcə bu sözə inanın: Onlar kənardan daha yaxşı görürlər.

Qız - Qarışıq gündür. Hansısa hadisəyə lazımından daha artıq əhəmiyyət verəcəksiz. Lazımsız emosiyalar sizi yoracaq. Bu gün sizinlə ünsiyyət qurmaq çətin olacaq. Lakin vəziyyət elə də qorxulu deyil. Hər şey öz əlinizdədir. Bir sözlə, emosiyalarınızı nəzarətdə saxlaya bilsəniz, ulduzlar sizə gözəl bir gün vəd edir.

Tərəzi - Şanslı gündür. Əgər Tərəzilər istəyərlərsə, hətta lazımsız insanları belə özlərinə heyran etməyi bacaracaqlar. Hadisələrin axarı sizin xeyrinizə olacaq. Hadisələr rəhbərliklə, həmkarla və ya ən yaxın insanla belə münasibəətlərin yüksək səviyyəyə çatmasına kömək edəcək. Bu senarilərin reallaşmasını istəyirsizsə, bu gün maksimum diqqət mərkəzində olmalısız. Hətta ən uyğunsuz vəziyyətdə belə öz istedadınızı və bacarığınızı nümayiş etdirməyə utanmayın. 

Əqrəb - Özünüzdən asılı olmayan səbəblərdən mübahisə və intriqaların mərkəzində ola bilərsiz. Çevrənizdəkilər sizi manipulyasiya etməyə cəhd edəcəklər. Ola bilsiz, sizdən hansısa bir hadisədə iştirak etmənizi istəyəcəklər. Yaxud şayiə və zənndən ibarət məlumatın qarşı tərəfə ötürülməsini xahiş edəcəklər. Ulduzlar bu gün başqasının işlərinə qarışmamağı və uzaq durmağı məsləhət görür. 

Oxatan - Ünsiyyət və emosiyalar yüksək həddə çatacaq. Yüksək əhval-ruhiyyənin təsiri altında gözlənilməz və inpulsiz addımlar atacaqsız. Yeni tanışlıqlar, əyləncə həvəsi, gözlənilməz qərar - bütün bunlar günün xarakteristikası olacaq. Ulduzlar bu gün başınızı itirməməyi, özünüzü nəzarətdə saxlamağı məsləhət görür.

Oğlaq - Bu gün xəsislik və paxıllıq kimi ən pis hisslərlə üz-üzə qalmaq təhlükəsi var. Ola bilsin bu hisslər sizə qarşı yönəlsin. Günün sakit keçməsini istəyirsizsə, bu gün sizdən uğurlu insanlarla görüşdən qaçın. Digər tərəfdən də, öz uğurlarınızı nümayişkanə şəkildə sərgiləməyin. Mənfi hisslərlə enerjinizi qaraltmayıb. 

Dolça - Gözəl gündür. Bu gün sizi hamıdan üstün olmaq istəyi müşayiət edəcək. Və bu sizdə alınacaq. Girişdiyiniz,əl qoyduğunuz hər bir işdə hamıdan üstünsüz. Şans sizinlə yanaşı addımlayır. İşdə də, şəxsi həyatda bəxtiniz üzünüzə güləcək. Günün şansından maksimum yararlanın. Ən vacib işlərini və planlarınızı bu günə sala bilərsiz.

Balıqlar - Sehrli və sirli gündür. Bu gün həyatınızda baş verənlər məntiqə sığmayacaq. Yaşananları anlamaqda çətinlik çəkəcəksiz. Balıqlar bu gün hər kəsi təəccübləndirəcək. Sadəcə müsbət aurasını görməyi bacaranlar, onların xeyirxah əməllərini də görəcəklər. Narahat olmayın, Xeyir və Şərin mübarizəsi olarsa, nəticə müsbət olacaq. 

BAKU.WS