SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində çıxışı gözlənilən Süni intellekt sahibi robot Sofiya qonaqları Azərbaycan dilində salamlayacaq.

BAKU.WS xəbər verir ki, 27 oktyabr tarixində Heydər Əliyev mərkəzində süni intellektin 20 dəqiqəlik çıxışı planlaşdırılır.

Tədbir “Keepface DMCC və FA International Trade Events” şirkəti tərəfindən təşkil edilir. Sofiya çıxışını milli geyimdə edəcək. Hazırda robotun azərbaycanca salamlaması üçün hazırlıqlar aparılır.

Sofiya dörd gün davam edəcək tədbirin yalnız birində çıxış edəcək. Süni intellekt sahibi ingilis və rus dillərində danışa bilir və onun çıxışında sinxron tərcümə olacaq. 



Tədbirə qatılmaq üçün biletlərin qiyməti 68 manatla 2040 manat arasında dəyişir. 2040 manata olan VİP biletin sahibləri təşkilatçılar kimi dörd gün ərzində bütün tədbirlərdə iştirak edə bilərlər. Tələbələr isə tələbə biletini göstərərək 35 manatlıq biletlərdən faydalana bilərlər.

Süni intellek “Keepface DMCC və FA International Trade Events” şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirdə çıxış edəcək. Tədbir təşkilatçıları tamaşaçılara Sofiya ilə şəkil çəkdirmək imkanı yaradacaqlarını söz veriblər.

Qeyd edək ki, Səudiyyə vətəndaşı Sofiya ötən ilin noyabrında Səudiyyə Ərəbistanının Riyad şəhərində heç bir baş örtüsü olmadan ictimaiyyətə təqdim olunub. Robot auditoriyaya ingiliscə müraciət edib. Sofiya o qədər maraq doğurub ki, ona yüzlərlə insanın iştirak etdiyi tədbirdə dərhal Səudiyyə vətəndaşlığı verilib. Sofiya jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir.

Robot Sofiya süni intellekt (AI) əsasında Amerikanın Honkonqda fəaliyyət göstərən "Honson Robotics" şirkəti tərəfindən yaradılıb. Onun danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana çox bənzəyir. Sofiyanın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl sistemi var.

Tədbirdə həmçinin “Google”, “Microsoft”, “Forbes” və “İnstagram” kimi dünyaca məşhur şirkətlərin top “influencer” menecerləri çıxış edəcək.

Zülfiyyə Qurbanova
BAKU.WS