SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS çərşənbə gününün - 19.09.2018 tarixinin qoroskopunu təqdim edir:


Qoç - Məsuliyyət tələb edən gündür, lakin başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin.

Buğa - Enerjili və pozitiv gündür. Evdə qalmayın, süst, ətalətli olmayın. Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görüşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhətlər ala bilərsiz. İnadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil.

Əkizlər - Qarışıq gündür. Günün ilk yarısı hadisələrin inkişafı sizi qane etməyəcək. Kənar amillərin təsiri altında bəzi ssenariləri dəyişmək məcburiyyətində qaloacaqsız. Günün ikinci yarısında neqativ məqamlar sizdə bədbinlik yaratmasın. Unutmayın, hər şey keçəcək. Səhhətinizə fikir verin.

Xərçəng - Sürpriz və hədiyyələrlə zəngin gündür. Gün sizi təəccübləndirəcək hadisələrlə zəngin olacaq. Arzuladığınız işlərdən birinə başlamaq şansı yaranacaq. Fürsətdən yararlanın. Günün ikinci yarısında yeni əlaqələr qurun, təmasları aktivləşdirin, münasibətləri nizamlayın.

Şir - Təmkin və səbr tələb edən bir gündür. Ünsiyyətdə qarşılıqlı iradların sayını azaldın. Susmağa, qarşı tərəfi dinləməyə üstünlük verin. Maraqlandığınız məsələnin təfərrüatlarını öyrənin. Yüz ölçün, bir biçin. Fəaliyyət istiqamətində dəyişikliklər etmək olar.

Qız - Ümumilikdə yaxşı gündür. Sevdiyiniz işlə məşğul olmanız öz müsbət nəticəsini verəcək. Uzaqdakı tanış və ya dostlardan birindən qəfil xəbər alacaqsınız. Ünsiyyətdə səmimi olun. Sizi ilk sözdən anlayan, dərk edən insan üçün darıxa bilərsiniz. Fərdi təşəbbüsləriniz qeyri-müəyyən nəticələr vəd edir.

Tərəzi - Günün ilk yarısında durum birmənalı deyil. İrəliyə doğru hərəkətiniz davranış motivlərinizdən asılıdır. Aqressiv, sərt, kinli olmayın. Seçimlərdə hisslərə əsir düşməyin. Axşam saatlarında xoş hadisələrlə üzləşəcəksiz. Maliyyə məsələləri yaxınlarınızla təmaslarınıza mənfi təsir etməməlidir.

Əqrəb - Düşüncələrinizi analiz edin. Yaşananların məğzini hiss etməyə çalışın. Üstün məziyyətlərinizdən faydalanın. Emosiyalarınıza nəzarət edin. Fikir və ya ideyanın köləsinə çevrilməyin. Güclü hisslərə zərurət duyursunuzsa, spontan addımlar atmayın.

Oxatan - Emosional durumunuz işlərin gedişatını müəyyənləşdirəcək. Tənqidə, eyhamlara aqressiv reaksiya verməyin. Birmənalı olmayan situasiyada məntiqli və təmkinli davranın. Hisslərinizə məğlub olsanız, kobud səhvə yol verəcəksiniz.

Oğlaq - Hər şey sizdən asılıdır. Davranışlarınıza diqqət etsəniz, gününüz pis keçməyəcək. Ciddi, məsuliyyətli qərar verməyə tələsməyin. Səhv etmək ehtimalı çoxdur. Tənqidlərə, zarafata, iradlara sərt reaksiya verməyin. Kiçik uğursuzluqlar sizi əsla ruhdan salmamalıdır.

Dolça - Qarışıq gündür. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsız. Həftə sonu olduğunu unutmayın, özünüzü çox yükləməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin.

Balıqlar - Bu gün müdrik addımlar atacaqsız, bu, qarşınıza qoyduğunuz məqsədlərə çatmanıza böyük təkan verəcək. Xoş olmayan xəbər alacağınız ehtimal edilir. Bu da evdə kiçik mıişət problemi ilə bağlı olacaq.İstəklərinizi hər şeydən üstün tutmayın.

BAKU.WS