SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın həbs ediləndən sonra ilk açıqlamasını verib.

BAKU.WS
“Star” qəzetinə istinadən xəbər verir ki, A.Oktar qəzetin Ersoy Dede adlı tanınmış jurnalistinə 4 səhifəlik məktub yazıb.


Edirne Qapalı Həbsxanasında məhkum olan A.Oktar yazdığı məktubda günahsız olduğunu və bəzi “Kedicik”lərinin toruna düşdüyünü yazıb.

Qeyd edək ki, Ersoy Dede A.Oktardan ən çox tənqidi yazan müxbirdir. Bu səbəbdən də, “Adnan Hoca” ona məktub yazıb.


“Mən tamamən günahsızam. Məqsədim sevgi, xoş günlər və insanlığı təbliğ etmək olub. İndi kimlərsə məni şantaj edirlər. “Kedicik”lər 50 min lirə qarşılığında mənə şər atırlar və şahidlik edirlər. Onlar mənə qarşı iddialar səsləndirirlər”, - deyə A.Oktar bildirib.

Cavid Babayev
BAKU.WS