SİZİN REKLAM BURADA!
055 213 76 73


 

BAKU.WS bu günün ulduz falını təqdim edir:


Qoç - Uğur qazanmaq şansınız çoxdur. İş burasındadır ki, başqalarını öz mənafeyiniz naminə "xərcləməkdən” çəkinmirsiniz. Çox tez-tez qəti surətdə dediyinizin üstündə durursunuz, ətrafınızdakıların da sizinlə razılaşmaqdan başqa çarəsi qalmır. Bir nəfərin sizə qarşı kini getdikcə artacaq. Bir qədər nəzakətli olsanız, vacib məsələləri həll edə, həmçinin əməkdaşlıq barədə razılığa gələ bilərsiniz. Yeni tanışlıqlar qurmaq olar, amma onu da bilin ki, bu tanışlığın davamı iş çərçivəsindən kənara çıxmayacaq.

Buğa - Bu gün sizə çox şey vəd edir. Yeni fürsətlər yaranır, sizin üçün tamamilə yeni olan bir sahədə müvəffəqiyyət qazana bilərsiniz. Maraqlı insanlarla tanışlıqlar gözlənilir. Bir çox Buğalar onlar üçün tipik olmayan şəraitə düşsələr də, situasiyadan çıxmağın yolunu tez tapacaqlar. Həm işgüzar, həm əyləncə xarakterli səfərlər üçün münasib gündür. Dostlarla görüşlər sizi sevindirəcək. Köhnə tanışlarınız sizə xoş sürprizlər edəcəklər. Yeni pərəstişkar tapmaq şansınız var. Romantik macəra yaşaya bilərsiniz.

Əkizlər - İşdə ciddi uğurlar qazana, karyeranızda xeyli irəliləyə bilərsiniz. Çox cazibədarsınız və insanlarla asan dil tapırsınız. Yeni tərəfdaşlar, iş ortaqları, nüfuzlu hamilər tapmaq şansınız yüksəkdir. İstənilən ictimai faydalı iş məsləhətlidir. Evdən nə qədər uzaq olsanız, şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər üçün şanslar bir o qədər artır. Qiymətli hədiyyələr ala bilərsiniz. Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər, sülh yalnız sizdən asılıdır.

Xərçəng - Gün o qədər də yaxşı başlamasa da, nikbinliyinizi qoruyub saxlaya bilirsiniz. Bu, uğur qazanmağınıza, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa, rəqiblərinizi üstələməyə imkan verir. İşgüzar Xərçənglər öz gəlirlərini artıra biləcəklər. Əcnəbilərlə görüşmək, beynəlxalq miqyasda kommersiya ilə məğul olmaq olar. Şəxsi həyatınıza dair vacib informasiya ala bilərsiniz. Ciddi dəyişikliklər mümkündür. Onların yaxşı olub-olmaması isə sizdən, sizin şəraiti obyektiv qiymətləndirməyinizdən asılı olacaq.

Şir - Qeyri-adi gündür, onu uzun müddət unutmayacaqsınız. O qədər gözəl imkanlarınız yaranır ki, şəraiti və öz qüvvənizi düzgün qiymətləndirmək sizə çətindir. Çox mürəkkəb işlərə girişir, inanılmaz hadisələrin girdabına düşürsünüz. Elmi fəaliyyətdə çox böyük uğurlarınız da istisna deyil. Maraqlı tanışlıqlar, başgicəlləndirici romantik tanışlıqlar mümkündür. Tamaha güc gəlmək çətindir, bir çox Şirlər yaxınlarını məyus edəcək hərəkətlərə yol verəcəklər.

Qız - İş üçün əla gündür. Həm cari işlərin öhdəsindən asanlıqla gələcək, həm də peşəkar mövqeyinizi bərkidəcək, nüfuzlu şəxslərin dəstəyinə nail olacaqsınız. Danışıqlar məhsuldar keçir, ortaqlarınız sizin bilik və təcrübənizə şübhə etmirlər. Bəzi Qızlara çox maraqlı və perspektivli bir layihədə iştirak təklif olunacaq. Şəxsi xarakterli görüşlər ümidlərinizi doğrultmayacaq, romantik görüşləri isə bu gün ümumiyyətlə yaddan çıxarın. Yaxınlarınız üçün hədiyyə almağınız məsləhət deyil: çətin ki, düzgün seçim edəsiniz.

Tərəzi - Bir çox cəsarətli ideyalarınızı həyata keçirə bilərsiniz. Əsas odur ki, tələsməyəsiniz. Siz qəti addımlar atmaq, bütün əlaqələri qırmaq niyyətindəsiniz, amma şərait tam tərsini tələb edir. Gözləyin, vaxtı uzadın, suallara ötəri cavab verin, bir az hiyləgər olun: bunu şərait tələb edir! Güclü hisslər bəslədiyiniz insan barədə bu gün vacib məlumatlar öyrənə bilərsiniz. Aldığınız məlumatı sakitcə analiz etməyə çalışın, tələsik qərarlar verməyin. Romantik münasibətlərə gəlincə, burada siz bir qədər bədbinsiniz, nə etmək olar, şübhələriniz əsassız deyil.

Əqrəb - Emosiyalarınıza nəzarət edin, tamahsılanmayın. Təxribata uymayın. Zəifliklərinizə boyun əyməyin, əgər sakit, soyuqqanlı, ehtiyatlı olmasanız, üstündə əsdiyiniz münasibətləri korlayacaqsınız. Heyvanlarla ünsiyyət, pişiklərlə, itlərlə oyun, at üstündə gəzinti emosional durumunuza müsbət təsir edər. Enerjiniz azdır, baş ağrısı, yuxusuzluqdan əziyyət çəkməyiniz mümkündür. Xroniki xəstəlikləriniz də güclənə bilər.

Oxatan - Pis əhval-rühiyyəni özünüzdən mümkün qədər kənarlaşdırın. Əgər qanınızın qaralmasına imkan versəniz, çox ciddi problemləriniz yaranacaq. İşdə ciddi çətinliklər ola bilər: əgər boş danışıqlara vaxt ayırmasanız, həmkarlarınızın müubahisələrinə qoşulmasanız və rəhbərliklə müzakirələr aparmasanız, bunlardan qaça bilərsiniz. Detallara daha çox diqqət verin, kimsə bunu yersiz adlandırsa, eyninizə almayın. Yaxınlarınızla münasibətləriniz yaxşı ola bilər: lazımsız məsləhətlər və qeyri-konstruktiv tənqidlərinizi özünüzdə saxlayın.

Oğlaq - Həllini tələb edən bir sıra problem yaranır. Sakit olmaq çox çətindir. Üstəlik, əvvəlcədən tərtib etdiyiniz plana riayət etmək də asan deyil. Tez-tez işinizdən ayrılmaq sizi qıcıqlandırır. Nüfuzlu şəxslərlə, dövlət idarələrinin işçiləri ilə təmaslar məsləhət deyil. Ziyafətlərdən imtina edin. Sakitcə evdə oturub yaxın adamınızla vacib bir məsələni müzakirə edə bilərsiniz. Yaradıcı potensialınız yüksəlir. Bir çox Oğlaqlar özlərində xeyli istedad kəşf edəcəklər.

Dolça - Nahamar, mürəkkəb gündür. Səhərçağı ruh yüksəkliyi hiss edəcək, çox mürəkkəb bir işin qulpundan yapışacaqsınız. Təəssüf ki, bundan sonra müsbət tendensiyaların təsiri öləziyəcək, çətinlikləriniz yaranacaq. Bunlarla mübarizə aparmaq üçün gücünüz isə tükənəcək. Ancaq şəraiti düzəltmək şansı var: sakitcə hər şeyi götür-qoy edin. Həmçinin müdrik və təcrübəli insanların məsləhətlərini dinləyin. İntuisiyanız bu gün güclü deyil. Uğursuz alış-veriş mümkündür.

Balıqlar - Daxili səsinizi dinləyin - o, dəqiqdir, sizə nəyi necə etmək lazım olduğunu vaxtında deyir. Çox az məlumata malik olmağınıza baxmayaraq, müəyyən işlərdə düzgün qərarlar verəcəksiniz. Vacib sənədlərə imza ata, yeni əməkdaşlığa başlaya bilərsiniz. İstənilən vacib görüş yaxşı keçir, həm şəxsi, həm də işgüzar. Təşəbbüskarlıq təqdir olunacaq. Yaradıcılıq qabiliyyətinizi işə salın. Yaxınlarınızı sevindirə, onların həyatını daha maraqlı edə bilərsiniz.

BAKU.WS