SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində həyatını itirən neftçilər bu gün dəfn olunacaq.


BAKU.WS
-in məlumatına görə, bu gün neftçi Mikayıl İsmayıl oğlu Babayev də son mənzilə yola salınır. Onun cənazəsi yaşadığı Neftçilər Yataqxanasından götürülür.


"Mikayıl Babayev bu gün işdən çıxıb evə qayıtmalıydı. Axı, sən bu gün növbədən qayıtmalı idin, Mikayıl əmi! 15 gün "atam işdən gələcək”, - deyə qonşu Şahənə Müşviq öz Facebook səhifəsində yazıb.

Bundan başqa, neftçi 1981-ci il təvəllüdlü Fuad Tahir oğlu Tağıyev də bu gün dəfn olunacaq. Onun əmisi Ələkbər Yusifli BAKU.WS-ə açıqlamasında bildirib ki, qardaşıoğlu sakit və mehriban adam idi.

"Heç kimlə işi olmazdı. Səmimi və yaxşı oğlan idi. Evliydi. 3 övladı vardı. Böyüyünün 9, ortancı oğlunun isə 5 yaşı vardı. Bir qızı da təzə doğulmuşdu. Qızının 40-ı çıxmamışdı”, - deyə Ələkbər Yusifli bildirib.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışlarının nəticəsi olaraq 7 dekabr 2015-ci il tarixində qəza baş vermiş özüldən 65-70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.

Ziya Səccad
BAKU.WS