SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əməkdar artist Gülüstan Əliyeva ATV kanalında yayımlanan "Bizimləsən” verilişinin qonağı olub. 

BAKU.WS məlumat verir ki, mərhum həyat yoldaşından danışan sənətçi yaşlarına hakim ola bilməyib:

"1991-ci il idi, yeni ailə qurmuşduq. Həyat yoldaşım evdə olmurdu, bütün günü döyüşdə, səngərdə idi. Gecə yatmışdıq, qəfildən oyandı ki, yataqda ilan var. Bütün otağı boşaltdıq, heç nə tapmadıq. Dedi ki, "Deyəsən, əzrayıl məni axtarır”. Həmin vaxtlarda elə bilirdim ki, evdə arxamca kimsə gəzir. Onu yarıçılpaq kişi kimi görürdüm. Bir gün bunu qayınanama danışdım. Dedi ki, sənin qaraçuxandır. Ölümü həyat yoldaşıma agah olmuşdu. Bir müddətdən sonra əmisi oğlu gəldi dedi ki, bəs gətirmişik xəstəxanaya. Dünyasını dəyişdi." 
 
Bunları danışarkən müğənni özünü saxlaya bilməyib:
 
"Onun haqqında danışmaq mənim üçün çox çətindir. Hər zaman özümü cilovlayıram ki, tamaşaçı qarşısında ağlamayım. Amma alınmır".
 
BAKU.WS