VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda Babəkə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb.

Animasiyada Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olan Babəkin mübarizəsi 3D qrafikası vasitəsilə qısa təsvir edilir.

Onun “xürrəmilər”in başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, Yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilir.

Sonda Babəkin Bəzz qalasını tərk etdikdən sonra xəyanətə uğraması, yəni Səhl İbn Sumbat tərəfindən aldadılması və edam edilməsi səhnələri göstərilir.

Çarxın hazırlanmasında əsas məqsəd müasir texnologiyalardan istifadə etməklə tarixi qəhərmanlarımızın animasiyalarını hazırlayıb yaymaq, gənclərə vətənpərvərlik hisslərini aşılamaqdır.

Qeyd etmək istərdik ki, qeyd edilən çarx Azərbaycanda tarixi şəxsiyyətlər barədə hazırlanan ilk 3D qrafikalı animasiya çarxıdır.

Animasiya çarxının ssenari müəllifi – rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni Sənan Səfərovdur. Animasiyanın mətnini isə Kamal Yaşar səsləndirib.

BAKU.WS