SİZİN REKLAM BURADA!
055 213 76 73



Sürüdən ayrı düşən bala fil aslanların hücumuna məruz qalır. Qəfil ətrafında bir neçə ac şiri görəndə bala fil özünü itirir və onlara müqavimət göstərə bilmir. Əgər fil ailəsi vəziyyətə vaxtında müdaxilə etməsəydi, onu şirlər parçalayacaqdı.

BAKU.WS
xəbər verir ki, bununla bağlı “Protect Animal” kanalı videoreportaj təqdim edib. Videodan da göründüyü kimi fil sürüsü gölün kənarında gəzişir. Bu zaman bala fil sürüdən ayrı düşür. Nəticədə şirlər onu parçalamağa çalışırlar.

Bir anda bir neçə şirin hücum çəkdiyi fil taqətdən düşür və yerə yıxılır. Həmin anda ana fil və sürüdəki digər fillər onun yardımına gəlir. Nəriltiyə şirlər hürkür və dərhal oradan uzaqlaşırlar.

BAKU.WS həmin maraqlı anları təqdim edir:

Cavid Babayev
BAKU.WS