SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtoyuma məntəqələrinin birində biabırçı hadisə baş verib.

BAKU.WS
“avtosfer.az”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda görüntülər öz əksini tapıb. Belə ki, avtoyuma məntəqəsində qızın içkili olmasından istifadə edən şəxslər onu lüt soyunduraraq avtomobil yuduzdurur. Həmçinin qızın üzərinə avtoyumada istifadə olunan şampun tökürlər.

Görüntülərin harda və kimlər tərəfindən çəkilməsi bəlli olmasa da yuyulan avtomobilin dövlət nömrə nişanı 90 MS 120-dir. Qeyd edək ki, videonu çəkən şəxslər onu bir-birinin arasında paylaşıb və beləliklə sosial şəbəkələrdə yayılıb.

Bakıda avtoyuma məntəqələrinin birində çəkilən bu görüntüdən sonra obyektin sahibi Şamil İbrahimov BAKU.WS-lə əlaqə saxlayıb. Sahibkar bildirib ki, baş verən hadisədən onun xəbəri olmayıb.

“Mən sonradan bu barədə videonu sosial şəbəkələrdə gördüm. Həmin qızı obyekti arendaya verdiyim şəxs edib. Araşdırandan sonra məlum oldu ki, həmin videoya çəkilən xanım Nəzrin Həsənovadır. Xanım fotomodeldir. O, öz xoşu ilə fotosesiya etdirib. Çəkiliş səhər saatlarında olub”, -deyə Şamil İbrahimov bildirib.

Obyekt sahibi deyir ki, çəkiliş edilərkən iddia olunduğu kimi xanım sərxoş olmayıb.

BAKU.WS