SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

BAKU.WS