VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə səfalət içində yaşayan şəxs özü də gözləmədiyi anda imkanlı birinə çevrilib.

BAKU.WS
“haberler”ə istinadən xəbər verir ki, Hüseyin Özer Türkiyənin Tokat vilayətində yaşayırmış. Onun uşaqlığı çox acınacaqlı olub. Doğulandan bir neçə gün sonra anası və atası onu küçəyə atır.


Doğulduğu kəndin çobanı onu oğulluğa götürür. Bir müddət onunla birgə yaşayan Hüseyin Özer məktəbə belə getməyib. Ona yazı yazmağı və hesablamağı çoban öyrədib. Çoban öldükdən sonra isə Hüseyin yenidən tənhan yaşamağa məcbur olur.

Valideynləri tərəfindən küçəyə atılması azmış kimi Hüseyin bacı və qardaşları tərəfindən də zərbələr alır. Bacı və qardaşları ailənin əkin yerlərindən ona pay düşməsin deyə Hüseyini öldürmək qərarına gəlirlər. Ona zəhərli əncir yedizdirirlər.

“Zəhərli meyvə yesəm də, ölmədim. Bəlkə də həmin gün mənim ən xoşbəxt günlərimdən idi. Sanki dünyaya ikinci dəfə gəlmişdim”, - deyə Hüseyin Özer bildirib.


Sonradan pul qazanmaq üçün Ankaraya yollanır. Bir müddət orada işləyir. Sonradan hərbi xidmətə gedir. Qayıtdıqdan sonra İstanbula gedib orada çalışır. Restoranların birində qabyuyan işləməyə başlayır. Qazancı çox az olduğu üçün restoranda iş bitdikdən sonra oranın tualetində gecələməyə məcbur qalır. Qalmağa yeri olmadığına görə, tualetdə özünə yataq düzəldir.

Günlərin birində isə bəxt Hüseyin Özerin üzünə gülür. Restoranın aşbazı işə gəlmədiyinə görə, yemək bişirməyi ona tapşırırlar. Elə həmin gündən Hüseyin öz məharətini göstərir. Sonradan dostlaşdığı bir nəfər onun üçün kiçik kafe açır. Hüseyin dostunun və öz xəyallarını gerçəkləşdirir.


Günlərin bir günü Londonda “Sofra” restoranlarının sahibi Türkiyədə səfərdə olarkən onun kafesinə təşrif buyurur. Hüseyin yeməklərini bəyənir və onu İngiltərəyə dəvət edir. Bundan sonra Hüseyinin həyatında önəmli dönəm başlayır. O, Londonda bir neçə il işləyir. O, Türkiyəyə dönəndə artıq varlı biri idi.

Orta hesabla Hüseyin Özerin 37 milyon dollara yaxın sərvəti var. Yəni, bir vaxtlar valideynləri tərəfindən küçəyə atılan, bacı-qardaşı tərəfindən sui-qəsdə məruz qalan və tualetlərdə yatan Hüseyin Özer “Ferrari”yə minir, hər gün yüzlərlə insana çörək verir.

BAKU.WS