VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS günün - 22 iyul tarixinin ulduz falını təqdim edir: 

Qoç
- Günün ilk yarısında diqqətli olun, münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşa bilsəniz ciddi uğurlar əldə edə bilərsiniz. Axşam saatlarını istirahətə zaman ayırın, unutmayın, bu gün istirahət günüdür.

Buğa - Uğurlu gündür. Nüfuzlu bir şəxsdən dəstək alacaqsız. Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Əkizlər - Qarışıq gündür. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Ailə mühitində, doğmaların çevrəsində dincəlin. Yaxınlarınız və qohumlaınızla münasibətləri yaxşılaşdırmağa ehtiyac var.

Xərçəng - Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın. Maraqlarınızı kimsəyə qurban verməyin.

Şir - Sirlərinizi hamı ilə bölüşməyin. Faş olunmuş həqiqətlərin bəziləri zərərinizə işləyə bilər. Yaxınlarınızla səmimi və açıq olun. Axşam saatlarını həmfikir və ya dostla müzakirələrdə keçirə bilərsiniz. Əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirin. Kəskin mübahisələrə başlamayın.

Qız - Gün uğurlu olacaq. Həftə sonundan istirahət üçün maksimum istifadə edin. Ailədə fikir ayrılıqları istisna deyil. Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü yormayın.

Tərəzi - Gərgin gündür. İstirahət günü olmasına baxmayaraq, günün birinci yarısında həllini gözləyən problemlər sizi məşğul edəcək. Bu problemlərin həllində doğmalarınızın köməyindən və məsləhətlərindən yararlansanız, məmnun qalacaqsız. Emosiyalara uymayın. Bütün bunlardan uzaq olmaq istəyirsizsə, ən yaxşı variant hər kəsdən uzaq bir yerdə dincəlin.

Əqrəb - Yaxşı gündür. Əvvəlki problemlər və sədlər aktuallığını itirir. İrəliləyiş üçün yaxşı imkanlar var. Şəxsi münasibətlərinizdə harmoniyanın yaranmasını istəyirsinizsə, qarşı tərəfin maraqlarını qulaqardına vurmayın. Yeni təklifləri dəyərləndirmədən razılaşmayın.

Oğlaq - Yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Danışıqlar aparın, tərəfdaşlığı intensivləşdirin. Səbrli və təmkinli davransanız, səbəbsiz problemlər yaranmayacaq, yaxın ətrafınızdakı və kollektivdəki insanlarla ünsiyyəti yaxşılaşdıracaqsınız. Cari işlərlə məşğul olun. Nigaranlıq üçün yeni obyekt aramayın. Mənasız əlaqələr və gərəksiz əşyalardan qurtulun.

Dolça - Maraqlı gündür. Şanslardan faydalanın. Eyni vaxtda bir neçə işi yerinə yetirməyə çalışsanız, məqsədlərə çatmaya bilərsiniz.Yaxın ətrafınızdakı insanlara qarşı irad və tənqidlərin sayının artması münasibətləri korlaya bilər. Sürprizlərin, qəfil olayların yaşanma ehtimalı artır. Əməkdaşlıq etdiyiniz insanla təmasları tarazlayın.

Balıqlar - Diqqət mərkəzində olmaqdan çəkinməyin. Münasibətlərdə və əlaqələrdə sürprizlər də yarana bilər. Yaşıdlarınız, həmkarlarınız və dostlarınızla təmaslarda yeni ideyalar yarana bilər. Yaxşı bələd olmadığınız məsələlərin müzakirəsinə qatılmayın. Sayıq olun, yeni tanışlara etibar etməyin. Tanıdığınız insanlarla əməkdaşlığa üstünlük verin.

BAKU.WS