VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Helsinkidə görüşüblər.

BAKU.WS
xəbər verir ki, görüşdə ilk olaraq Tramp Putini futbol üzrə dünya çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib. Bildirib ki, yarımfinal və final oyunlarına çox maraqlı keçib və şəxsən həmin oyunları izləyib.

Bundan sonra iki ölkə başçısı arasında qarşılıqlı münasibətlər, mövcud problemlərin həlli istiqamətində müzakirələr olunub.

Görüş maraqlı anlarla yadda qalıb. Belə ki, Putin mövcud problemlərin həllindən danışarkən rus dilində “fakt” sözünü işlədim. Bu söz ingilis dilində söyüş mənasını verdiyi üçün Donald Tramp bir anlıq duruxub və Putini qəribə baxışlarla süzüb.

Bu hadisə mətbuatın diqqətindən yayınmayıb. Həmin anlar sosial şəbəkələrdə böyük müzakirələr səbəb olub.

Ziya SƏCCAD
BAKU.WS