SİZİN REKLAM BURADA!
055 213 76 73



Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub.

BAKU.WS
ARB TV-yə istinadən xəbər verir ki, rayonunun Karrar kənd sakini Rauf İbrahimovun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi və kultivasiya etməsi barədə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Nəticədə adı çəkilən şəxsin Kürdəmir rayonunun Karrar kəndindəki yaşadığı evinin həyətyanı bağ sahəsində əkdiyi 9 ədəd, narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb. Rauf İbrahimov əvvələr də oğurluq maddəsi ilə həbs edilərək məhkumluq həyatı yaşayıb.

Rauf İbrahimov - Saxlanılan şəxs: “Xəstəliyimlə əlaqədar istədim istifadə edim. 2 ay məşğul olmuşam, qulluq etmişəm. Heç vaxt satış haqqında fikirləşmişəm, bu yaşımda durum alver eləyim. Ancaq öz istifadəm üçün əkmişəm. Cavanlara da məsləhət görmürəm”.

BAKU.WS