VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS günün - 17 iyul tarixinin qoroskopunu təqdim edir:

Qoç - Günün ilk yarısında problemlərlə üzləşə bilərsiz. Çalışın bu problemi mümkün olan bütün vasitələrdən istifadə edərək həll edin. Uğur sizinlədir. Günün ikinci yarısında işgüzar danışıqlarda uzunmüddətli perspektivləri nəzərə alın. Heç bir səbəb olmadan iradlar eşidəcəksiniz. Axşam saatlarında romantik tanışlığa can atmayın.

Buğa - Xoşagəlməz situasiya, pul itkiləri və yalan istisna deyil. Qohumlar və yaxınlarla bəzi məsələləri müzakirə etmək olar.Yaxşı bələd olmadığınız adamlarla müzakirələri minimuma endirin. Ailə üzvlərinizin maraqlarını ani, müvəqqəti mənafelərinizdən üstün tutun. Qayğıkeş olsanız, ailənizdəki ortam daha da yaxşı olar.

Əkizlər - Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Situasiyadan yararlanın. Dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Aktiv olun, başqalarının əldən verdikləri şanslardan siz yararlanın. Günün ikinci yarısında maraqlı tanışlıq olacaq. Axşam saatlarında romantik görüş istisna deyil. İntellektinizi nümayiş etdirin.

Xərçəng - İşləriniz həddən artıq çox olacaq. Prioritetləri dürüst müəyyənləşdirin. Əks təqdirdə sinirlənərək itkilərə yol verə bilərsiniz. Günün ikinci yarısında iş və yaşam yerinin dəyişdirilməsi ilə bağlı fikirləri nəzərdən keçirin. Emosiyalarınıza nəzarət edin.

Şir - Yaradıcı fəaliyyətlə məşğulsunuzsa, ideyalarından bəhrələnmə zamanıdır. Əməyinizin nəticəsini görəcəksiniz. Gəlir mənbələrinin artımı istisna deyil. Yeni tanışlıqlar uzunmüddətli perspektivlərə malik deyil. Ailə üzvləri və xüsusilə də uşaqlarla təmaslar sizdə xoş əhval-ruhiyyə yaradacaq.

Qız - İmkan və potensialınızı aşkarlamaq üçün münasib gündür. Səhər saatlarından etibarən fəal olun, aktiv çalışın. Əməyinizin məhsuldar olmasına can atın. Yaradıcılıq potensialınız yüksəkdir. Qeyri-standart yanaşma tələb edən işlərdə böyük nailiyyət əldə oluna bilər. Günün ikinci yarısında romantik macəra, ciddi münasibətlərin əsası qoyula bilər. Hisslərinizi gizlətməyin. Gələcəklə bağlı planlarınızda düzəlişlər edin. Axşam saatlarında ayıq-sayıq olun.

Tərəzi - Çətin, lakin maraqlı gündür. Günün ilk yarısı tələskəlik və hövsələsizlik durumunda keçir. Mühüm olan işi normal başa vurmaq imkanları tükənir. Kiçik işləri ətrafınızdakı insanlardan birinə həvalə edin ki, önəmli problemin çözümü üçün imkan və vaxt olsun. Günün ikinci yarısı daha sakit olacaq, gözləntiləri doğruldacaq. Dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq. Yaşlı qohumlarla danışarkən onların məsləhətlərinə qulaq asın. Belədə hadisələri yeni aspektdə görə bilməyiniz yüksəkdir. Yaşam mühütünüzdə köklü dəyişikliklər edə bilərsiniz.

Əqrəb - İşdə uğur qazanacaqsız. Şəxsi münasibətlər müstəvisində isə ambisiyalarınız böyük olmasın. Emosional fonunuz stabil deyil. Əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Ətrafınızdakı insanlar davranışızı anlamayacaqlar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə çəkinin. Aldığınız təklifləri diqqətlə analiz edin. Sizə önəmli olan insanlardan axşam saatlarında xoş xəbər alacaqsınız.

Oxatan - Günün ilk yarısında səyahətə yollanmaq, yola çıxmaq olar. Yeni yerlər yeni təəssüratlar vəd edir. Yaxın ətrafınızdakı insanların istəklərini anlayın, onları qayğılandıran məsələləri görməyə çalışın. Günün ikinci yarısında yeni təmaslar, danışıqlar və görüşlər olacaq. Rasionunuza fikir verin. Səhhətinizə ziyan vuracaq həddə çatası addımlar atmayın. Axşam saatlarında intoksikasiya riski var.

Oğlaq - Yaradıcılıq fəaliyyəti üçün yaxşı gündür. Ünsiyyətdə aktiv olun. Kommunikativ imkanlarınızı artırsanız, yeni dostlar qazana bilərsiniz. Qətiyyət və iradə məhsuldar nəticələr verə bilər. Macəra axtarışları, sərgüzəşt istəkləri ailə üzvlərinizlə aranızda problemlər yarada bilər. Romantik hisslərə aldanmayın. Sizdən sui-istifadə etmək istəyən var. Yalanlara inanmayın.

Dolça - Qarşınıza qoyduğunuz məqsədə sürətlə irəliləmək üçün yaranmış situasiyadan istifadə edin. Sosial statusunuzu yüksəldin, gərəkli insanlarla ünsiyyəti aktivləşdirin. Günün ikinci yarısında problemlərin həllində sayıq olun. Yenilənmə pis deyil. Axşam saatları dostlarla görüş, yeni ideyaların müzakirəsi üçün əlverişlidir. Romantik təmaslar istəyi varsa, tələsməyin.

Balıqlar - Kommersiya fəaliyyəti üçün əlverişli zamandır. Maraqlı ideyalardan birini reallaşdırmaq üçün imkanlar yaranır. İş yerlərində həmkarlarınızla kobud danışmayın, rəhbərliyin göstərişlərini yerinə yetirməyə çalışın. Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Romantik görüş və ya insanların gur olduğu tədbir üçün yaxşı zaman deyil

BAKU.WS