SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS istirahət gününün - 15 iyul tarixinin qoroskopunu təqdim edirik:

QOÇ - Şeytani gündür. Ulduzlar doğmalarınıza qarşı aqresiyadan uzaq olmanızı məsləhət görür. Sağlamlığınızda problem yarana bilər. Səhhətinizə ziyan vura biləcək qidalardan uzaq olun.

BUĞA - Enerjili gündür. İşlərinizdə ehtiyatlı olun; hadisələr gözlədiyiniz kimi alınmaya bilər. Ən yaxşısı diqqət tələb olunan işdən uzaq olun.

ƏKİZLƏR - Hadisələr xoşagəlməz axarı və ya bədxahlarınızın gərəksiz müdaxiləsi hər şeyi buraxıb prinsipləriniz uğrunda mübarizəyə qalxmanıza səbəb olacaq. Özünüzü ələ almağa çalışın. Belə etsəniz itkiləriniz az olacaq.

XƏRÇƏNG - İş səfəri, romantik gğrüş və səyahət üçün əlverişli gündür. Yediklərinizə diqqətli olun. Zəhərlənmə ehtimalı böyükdür. Məhəbbət, məmnunluq bu gün sizi gözləyir. Əylənin, həyat qısadır, dadını çıxarın.

ŞİR – Bu gün qadın şirlər öz istedadlarını nümayiş etdirə biləcəklər. Fantaziyanızı işə salın. Yuxularınız xoşbəxt və çin olacaq. Yuxuzdakı rəqəmlər gözlənilməz xəbərə işarədir.

QIZ – Gün yeni işlərin başlanğıcı üçün əlverişlidir. Yeni layihələr barədə düşünənlər himayədarların köməyindən istifadə edə bilərlər. Tərəf müqabilləri ilə danışıqların nəticəsi uğurlu olacaq.

TƏRƏZİ – Gün rəngarəng və dəyişkəndir. Karyerada yüksəliş, sərfəli iş təklifi mümkündür. Yaxşı düşünün, tələsik qərar verməyin. İstənilən halda tutduğunuz mövqeni möhkəmlətməyə çalışın.

ƏQRƏB – Hadisələri ayıq başla dəyərləndirməyiniz səhvlərdən qaçmağa kömək edəcək. Biznesinizi inkişaf etdirmək və ya istirahət planı qurarkən maddi durumunuzu yaxşı götür-qoy edin. Hazırda rəhbərlik və həmkarlarla yaxşı münasibətləri qoruyub saxlamaq daha vacibdir.

OXATAN – Yeni əlaqələr və işgüzar danışıqlar üçün əlverişli gündür. Optimistliyiniz və cazibədarlığınız bir çox işgüzar tanışlıqlarda öz sözünü deyəcək. Bu tanışlıqlar gələcəkdə sizə xeyir gətirəcək.

OĞLAQ – Bu gün iddialı və tələbkar olacaqsız. Ulduzlar öz maraqlarınızın müdafiəsində durmağı məsləhət görür. Kompromisə getməyin və heç kimin təsiri altına düşməyin.

DOLÇA – İşdə rəhbərlik və həmkarlarla münasibətdə bəxtiniz gətirəcək. Dostların və güvəndiyiniz nüfuzlu şəxslərin məsləhətləri öz effektini verəcək. Yaxınlarınıza güvənin.

BALIQLAR – Passiv və ağır gündür. Əhvalınızın korlanmasına imkan verməyin. Öhdənizə yeni səlahiyyətlər götürməyin. Əvvəlki işlərlə məşğul olmaqda davam edin. Həftənin sonudur, özünüzə zaman ayırın.

BAKU.WS