VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS günün - 10.07.2018 tarixinin ulduz falını təqdim edir:

QOÇ - Enerjili gündür. Həyatınızda möhtəşəm müvəffəqiyyətlərə çatmaq istəyirsiniz. Çəkinmədən hədəflərinizə doğru irəliləyin. Diqqətli olun, əgər detalları gözdən qaçırsanız uğursuzluqla üzləşə bilərsiz. Sevdiklərinizə laqeydlik etməyin, onlar sizə dəyər verirlər. Unutmayın, belə davam edərsə. doğma sandığınız insanlar sizdən uzaqqlaşa bilərlər.

BUĞA - Təzadlı gündür. Hər gün həqiqətlər ideallarınıza qarşı çıxa bilər. Əhəmiyyətli, xüsusilə maliyyə qərarlarını yaxşı düşünərək verin. Vəziyyət sizi hiyləgər taktikalar işlətməyə məcbur edə bilər. İnsanları mühakimə etməyin. Bu sizin ziyanınıza işləyə bilər. İnsanları özünüzdən küsdürməyin.

ƏKİZLƏR - Həyat enerjiniz yüksəkdir. İstiqanlı və comərd hiss edəcəksiniz. Yaxın qohum ya da yoldaşlarla əlaqələr də müsbət davam edəcək. Özünüz haqqında məlumatlanmaq üçün başqalarıyla aranızdakı yaxınlıq duyğularınızı qiymətləndirin. Qadınlarla əlaqələr, platonik və ya səmimi olsun, xüsusilə faydalı və kəhanət xüsusiyyətli olacaq.

XƏRÇƏNG - Gözəl gündür. Bugünkü müstəqillik ehtiyacınız problemlərə səbəb ola bilər. Məhdudiyyətlərə qarşı hiss etdiyiniz səbirsizlik, heç bir tutarlı səbəb olmadan dəyişiklik istəmənizə səbəb ola bilər. Sakit olun. Hərəkətə keçməzdən əvvəl düşünün. Səbirsizliyiniz sizi geriyə sala bilər.

ŞİR - Məhsuldar gündür. Sərfəli əməkdaşlıq sizi hədəflərinizə götürə bilər. Lazımlı insanlarla əlaqədə olun. Köhnə və yeni dostlar məqsədli şəkildə sizə kömək olacaqlar, çünki müvəffəqiyyətləriniz onlara da fayda verəcək. Uzunmüddətli müqavilələr bağlayacaqsız. Uğurlarınız çevrənizə də yararlı olacaq. 

QIZ - Pozitiv gündür. Siz özünə güvənən, optimist biriniz. Konkret qazanclar əldə etmək üçün genişlədilmiş baxış bucağınızdan və təsirinizdən istifadə edin. Digərləriylə, xüsusilə əhəmiyyətli müttəfiqlərlə əlaqələriniz yaxşı vəziyyətdədir. Asanca istədiyinizi əldə edəcəksiniz, ancaq gələcəyinizi qarantiya altına aldığınızdan əmin olun.

TƏRƏZİ - Passiv gündür. Artıq qabiliyyətlərinizə o qədər kor-koranə inanırsınız ki, bu səbəblə sizə mane olacaq heç bir şeyin yolunuza çıxmasına icazə vermirsiniz. Çox təəssüf ki, bu davranış sizə maneə törədə bilər. Digərləriylə mübarizələrə və hər kəsin faydasına olacaq həllərə təsir etməyə hazır olun.

ƏQRƏB - Diqqət tələb edən gündür. Ən xırda detalları birləşdirib yeni fürsətləri ortaya çıxarmaq üçün istifadə edin. Lazımlı insanlarla ünsiyyət quraraq bu fürsətlərdən faydalanın. Yoldaşlar faydalı məlumatlar təmin edər. Köhnə dostlarla əlaqələri bərpa edin. Satış və qrup prezentasiyaları müsbət davam edəcək.

OXATAN - Uğurlu gündür. İşlərinizdə yaxşı irəliləyişlər gözlənilir, çünki yüksəlmək arzunuzu bəsirət və məsuliyyət duyğusu ilə ölçülü hala gətirirsiniz. Bu müddətdən çətin ya da uzun vədəli qərarlar vermək üçün istifadə edin. Fürsətləri qaçırmayın. Səhhətinizə diqqət yetirin, soyuqlamaq istəmirsizsə, kondisionerdən uzaq gəzin.

OĞLAQ - Gün fürsətlərlə doludur, qaçırmayın. Artıq uzaqgörənliklə gücünüzü birləşdirib məqsədə doğru irliləyin. Çəkinmədən gələcək üçün planlar qurun. Qarşınıza çıxan maneələr sizi qorxutmasın. Güclüsüz, hər şeyin öhdəsindən gələcəksiz. Özgüvəninizi qoruyun.

DOLÇA - Gələcək üçün real, amma iddialı planlar qurmağın tam zamanıdır. Amma gücünüzü dəqiq bir şəkildə qiymətləndirin. Mövcud fürsətlərdən tam olaraq faydalandığınızdan əmin olun. Enerjiniz azalıb, dincəlmək şansı yaranarsa, qaçırmayın. Yaxın insanlarla ünsiyyət qurun, onların sizə ehtiyacları var.

BALIQLAR - Sakit gündür. Bu rahatlaşdırıcı bir dövrdür. Digərləriylə, xüsusilə sizə yaxın olanlarla asanlıqla ünsiyyət qura biləcəksiz. Əslində, açıq və comərd təbiətiniz işgüzar əməkdaşlığı asanlaşdırır. Özünüzü başqalarına müsbət şəkildə təqdim etmək üçün cazibədarlığınızdan istifadə edin. Bu gün şans sizinlədir.

BAKU.WS