SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünyanın ən hündür binası inşa olunacaq.
 
BAKU.WS-in məlumatına görə, inşa olunması planlaşdırılan "Ciddə City" layihəsi üçün 2,2 milyard dollar xərclənəcək. 2020-ci ildə inşasının tamamlanması gözlənilən Ciddə Qülləsinin uzunluğu isə 1 kilometr olacaq. Hal-hazırda dünyanın ən uzun binası Dubaydakı 828 metrlik Bürx Xəlifədir. 

Səudiyyə Ərəbistanı adına "JEC" adlı şirkət layihəni öz üzərinə götürüb. Şirkətin rəhbəri Munib Hammoud dünyada bənzəri olmayan bir layihəni həyata keçirəcəklərini bildirib. Onun sözlərinə görə, bu layihə insanlara inkişaf etmiş bir həyat standartı təmin edəcək. 

Binanın tikintisində 6 milyon kub beton istifadə edilməsi gözlənilir. Layihənin önündəki ən böyük memarlıq maneələrindən biri dənizdən gələ biləcək duzlu su təhlükəsidir. Mütəxəssislər tikinti mərhələsində və sonrasında bu maneəni necə aradan qaldıra biləcəkləri üzərində çalışırlar. Şirkət lazım olan 2,2 milyard dolların 1,2 milyard dollarlıq qismini isə artıq təmin edib. 
 
Şahin Həbibov
BAKU.WS