VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS şənbə gününün - 2 iyun tarixinin qoroskopunu təqdim edir:

Qoç - Enerjili gündür. Passiv olmayın. Boş-boşuna oturmağınız məsləhət deyil. Əqli və fiziki güc tələb edən işlərinizi həll edin. Şəxsi məsələlərdə diqqətli olun, heç kimin qəlbini incitməyin.

Buğa - Maliyyə sahəsində uğur gözlənilir. Büdcənizdə artım yaratmaq üçün kifayət qədər şansınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin. Belə etsəniz günün şansından daha çox faydalanacaqsız.

Əkizlər - Sakit gündür. Kefinizi pozmaq istəmirsizsə, hamı ilə mehriban davranmağa çalışın. Əsəblərinizi korlayan insanlardan uzaq durun.

Xərçəng - Günün ilk yarısı bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə cəhdləriniz uğursuz alınacaq. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

Şir - Qətiyyət və diqqət  tələb edən gündür. Qərarlarınızda qəti olun. Bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyin. Aldana bilərsiz.

Qız - Uğurlu gün hesab etmək olar. Büdcə artımı gözlənilir. Yeni təkliflər alsanız, situasiyanı və gücünüzü düzgün qiymətləndirməlisiniz. Yoxsa gələcəkdə özünüzü çətinliyə sala bilərsiz.

Tərəzi - Darıxdırıcı gündür. Yeni heç nə gözlənilmir. Odur ki, istirahətə və məhəbbətə vaxt ayırın. İnsanlarla ünsiyyətdə təmkinli olun, səbirsizliyiniz uzun müddətli münaqişəyə səbəb ola bilər.

Əqrəb - Yaxşı gündür. Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Maddi durumunuz aşağı səviyyədə olsa da, səfərdən imtina etməyin. Yay ayları 9olduğunu unutmayın, dincəlmək lazımdır.

Oxatan - Təzadlı gündür. Həm xoş, həm də xoş olmayan hadisələr bir-birini əvəz edəcək. Gün ərzində nəzərdə tutduğunuz bütün planlar reallaşacaq. Sadəcə, şəraitə uyğun addım atmalısınız.

Oğlaq - Gərgin gündür. İşlərinizin çoxluğu fiziki cəhətdən sizi yora bilər. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.

Dolça - Zəngin gündür. Görüş və məsləhətləşmələrdə iştirak edəcəksiniz. İşgüzar müqavilələrin bağlanmasında qarşınızı kəsən maneələr yavaş-yavaş aradan qalxacaq.

Balıq - Uğurlu gündür. Şəxsi və işgüzar sahədə hər şey qaydasına düşəcək. Yeni əlaqələr yaratmaq üçün düşərli vaxtdır. Nahardan sonra sevindirici xəbər eşidə bilərsiniz.

BAKU.WS