VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fransanın paytaxtı Parisdə baş verənlər dünya mətbuatının gündəmini zəbt edib.

BAKU.WS
xəbər verir ki, Parisin cənubundakı Ryu Marks-Dormoy səmtində gənc oğlan 4 yaşlı uşağı ölümdən xilas edib.

Hadisə dördmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Həmin evdə yaşayan ailənin 4 yaşlı oğlu eyvandan baxarkən ayağı sürüşüb. Nəticədə o eyvandan sallaşıb.

Bunu görən gənc oğlan cəld şəkildə eyvanlardan yuxarı dırmaşıb və uşağı xilas edib. Sonradan həmin şəxsin Mamudu Qassam olduğu məlum olub.

Cavid Babayev
BAKU.WS