SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS günün - 16 may tarixinin ulduz falını təqdim edir:

QOÇ - Gərgin gündür. İstənlən sahədə sizdən maksimum zəhmət tələb olunacaq. Şəxsi münasibətlərdə şübhələri kənara qoyub, hisslərinizi azad buraxın.

BUĞA - Yeni işlərin balanğıcı üçün əlverişli gündür. Karyeranızda yüksəliş ola bilər. Xərclərdə simiclik edin. Bədxərcliyin zamanı deyil. Emosiyalarınızı idarə edin.

ƏKİZLƏR - Magik gündür. Uğur sizinlə yanaşı addımlayır. Buna baxmayaraq heç bir işdə tələsməyin. Səbr nümayiş etdirsəniz istədiyiniz nəticəni əldə edəcəksiz.

XƏRÇƏNG - Səsli-küylü gündür. Qonaqlarınız gələ bilər. İşgüzar sahədə sakitlik olacaq. Dinamiklik əsasən şəxsi həyatınızda müşahidə olunacaq. 

ŞİR - Maddi vəziyyətiniz pisləşə bilər. Gözlənilməz xərclər və ya qiymətli əşya itkisi ola bilər. Təmkin və iradə nümayiş etdirsəniz digər məsələlərdə təəssüf hissi yaşamayacaqsız. Mübahisələrdən uzaq olun.

QIZ - Mübahisəli gündür. Müsbət və mənfi tərəfləri ilə sizə çaşqınlıq yaşadacaq. Bu səbəbdən bu gün heç bir ciddi qərarlar verməyin. Sabah ayıq başla hər məsələni araşdırıb, nəticə çıxarın.

TƏRƏZİ - Qarışıq gündür. Günün birinci yarısı əhvalınız səbəbsiz pozulacaq. Bu da həyat enerjinizin azalması ilə bağlıdır. Günün ikinci yarısı alacağınız xoş xəbər sizi sevindirəcək və enerjiniz artacaq.

ƏQRƏB - Bu gün əsəb sisteminizi qoruyun. Ətrafda baş verən hər şey bu gün sizi qıcıqlandıracaq. Mübahisə etmək istəmirsizsə bir kənara çəkilin. Çevrənizdəki insanlarla çalışın minimum ünsiyyət qurun. Belə etsəniz günü daha az ziyanla başa vuracaqsız.

OXATAN - Yaxşı gündür. Hər şey - ulduzların düzülüşü sizin xeyrinizə işləyir. Şəxsi həyatınızda səhvlərə yol verməyin. İnsanların hisslərilə oynamaqdan əl çəkin. Gələcəyini görmədiyiniz münasibətləri dərinləşdirməyin. 

OĞLAQ - Gərgin gündür. Hər işdə uğur qazanmaq kimi öhdəliyiniz yoxdur. Bunu dərk etsəniz həyat asan olacaq. Bədxahlardan uzaq gəzin. onlar sizdən istifadə etmək və zərər vurmaq üçün məqam axtarırlar.

DOLÇA - Emosional gündür. seksual enerjiniz, cazibəniz artacaq. İşgüzar və şəxsi məsələlərdə müdriklik göstərsəniz, hər şey qaydasına düşəcək. Ailə üzvlərilə mehriban olun. Onlar sizi çox sevirlər. 

BALIQLAR - Gün xoş və xoş olmayan sürpriz və xəbərlərlə zəngin olacaq. Hisslərinizi büruzə verməyin. Bu sizi gücsüz göstərə bilər. Güclüsüz, amma emosiyalarınızı üzə çıxarmaqla özünüzü zəif göstərmiş olursuz. Təmkin və iradə hər zaman xeyir gətirir.

BAKU.WS