VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS istirahət gününün - 13.05.2018 tarixinin qoroskopunu təqdim edir:

QOÇ
- Rəngarəng gündür. Səhər saatlarından etibarən, aktivliyinizi artırmalısınız. Yaxın dostlarınız çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəklər.

BUĞA - Təzadlı gündür. Gün ən çox yaxşı hadisələrlə yadda qalacaq. Qarşılaşdığınız proseslər planlarınızı dəyişməyinizə səbəb olacaq. Uzaq səfərlərdən imtina edin.

ƏKİZLƏR - İstirahət gününü dincəlməyə sərf etsəniz uduzmazsız. Onsuz da, nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinlik çəkəcəksiniz.

XƏRÇƏNG - Emosional gündür. Təsir altına düşməyin, neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə imza atmayın.

ŞİR - Enerjili gündür. Özünüzü əyləncəyə həsr etsəniz, günü yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Sevgi məsələlərində heç nəyi təxirə salmayın.

QİZ - Şanslı gündür. Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı səsli-küylü, əyləncəli məclisə dəvət alacaqsınız. Sevdiklərinizlə bərabər əylənin.

TƏRƏZİ - Enerjili gündür. Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Boş dayanmayın, hədəflərə çatmaq üçün aktiv olun. Heç nədən çəkinməyin, uğur və şans sizinlədir.

ƏQRƏB - Həssas məqamlar olacaq. Təxribata uymayın. Təmkininizi qoruyun. İşləriniz normal tərzdə cərəyan edəcək. Mənfi enerjini özünüzdən uzaqlaşdırın.

OXATAN - Gərgin gündür. Bu gün yaxın ünsiyyətdə olduğunuz insanlarla münaqişə ola bilər. Səbirli olsanız, onlar problemlərinizin həllində böyük rol oynayacaqlar.

OĞLAQ - Uğurlu gündür. Əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla, sevdiklərinizlə ünsiyyətdə səmimi olun. Bütün problemlərin həlli sevgidədir, sevin ki, seləsiz.

DOLÇA - Oturaq həyat tərzindən uzaqlaşın. İstirahət günündən maksimum istifadə edin. Dincəlin, günün dadını çıxarın. Yeni həftəyə yeni enerji ilə başlamaq üçün bu mütləqdir.

BALIQLAR - Uğurlu gündür. Şans sizinlə yanaşı addımlayır. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün hər cür şansınız olacaq.

BAKU.WS