VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS günün ulduz falını - (03. 05.2018) təqdim edir:

QOÇ
- Bu günü özünüzü bütünlüklə işə sərf edin. Zəhmətinizin nəticəsini tezliklə görəcəksiz. Məqsədyönlü fəaliyyətiniz uğurlu olacaq.

BUĞA - Səyahət üçün uğurlu gündür. Yaxın insanlarla ünsiyyətdə olun, lazımsız insanları uzaqlaşdırın. Gün aldanılma, xəyanət, boş illüuziya vəd edir. Diqqətli olun!

ƏKİZLƏR - Enerjili gündür. İşlərinizdə çox diqqətli və ehtiyatlı olmaq lazımdır; yeni layihələrə başlamayın. Dostlar və ya ailədə ciddi mübahisə ola bilər.

XƏRÇƏNG - Yaxşı gün deyil. Yeni planlar və ümidlər həyata keçməyəcək. Qohumlarla problemlər yaranacaq. Günü mübahisəsiz başa vurmağa çalışın.

ŞİR - Bu gün bütün enerjinizi özünümüdafiəyə həsr edəcəksiz. Unutmayın, istənilən mübahisədə kompromisə getmək olar. Bütün bunlara baxmayaraq, sevdiyiniz şəxslə münasibətdə harmoniya yaranacaq.

QIZ - Coşğun gündür. Gücünüz ikiqat artacaq. Enerjinizi işə sərf etsəniz xeyrini görəcəksiz. Bu gün adi gündən çox işləməniz, əməksevərliyiniz sizi ətrafdakılara sevdirəcək.

TƏRƏZİ - Rəngarəng gündür. Həm xoş, həm də mənfi təəssüratlarla zəngin olacaq. Günün ikinci yarısı sağlamlığınıza daha diqqətli yanaşın.

ƏQRƏB - Bu gün gələcəklə bağlı planları nəzərdən keçirmək məsləhət görülür. Yalnız öz gücünüzə arxalanın, heç kimə güvənib xəyallar qurmayın. Məişət problemləri sizi məşğul edəcək.

OXATAN - Hərəkətli gündür. İstənilən məsələdə diqqətli və ehtiyatlı olun. Dostlarla mübahisə və ya ailə münaqişəsi ehtimalı var. Emosiyalarınızı ələ alın.

OĞLAQ - Gün peşəkar sahədə uğur vəd edir. Həmişəkindən daha səmərəli gündür. Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Xidməti ezamiyyətə göndərilə bilərsiz.

DOLÇA - Gün sürprizlər və talehin hədiyyələri gətirə bilər. Böyük uğur ehtimalı var, bəlkə də həyatınızın ən dəyərli insanla tanış ola bilərsiz.

BALIQLAR - Uğurlu və şanslı gündür. Çoxdan düşündüklərinizi reallaşdıra bilərsiz. Sizi sevindirəcək xəbərlər alacaqsız. İstirahət etməniz məsləhətlidir.

BAKU.WS