VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kəsin özünü günahlandırdığı bir məsələ var: "Mən insanları düzgün tanıya bilmirəm".

BAKU.WS saytı sizə insanları düzgün tanımağın 7 üsulunu təqdim edir.

Yazı – araşdırmalara görə, hərfləri kiçik yazanlar daha utancaq, təmizkar olur. Hərfləri böyük yazanlar isə diqqət çəkməyi sevir.

Rəng seçimi – qara rəngi sevənlər həssas, hər detala fikir verən və sənətsevər, qırmızını sevənlər isə elədiyi hər kiçik işi böyütməyi sevir. Yaşıl rəngin vurğunları sadiq, sevgi dolu, ağ sevənlər isə məntiqli olur. Ən sevdiyi rəng mavi olanlar isə həssas və başqalarına hörmətlə yanaşanlardır.

Dırnaqlar – dırnaqlarını yeyənlərin psixoloji problemlərinin olduğu deyilir.

Ayaqqabılar – ayaqqabının stili, rəngi onun sahibinin xarakterini 90%-ə qədər müəyyən edə bilir.

Gözlər – gözlər qəlbin aynasıdır. Araşdırmalara görə, mavi gözlü insanlar tünd rəngli gözlərə sahib insanlardan daha çox spirtli içki içir. Göz təmasından yayınanların isə zəif iradəyə malik olduğu deyilir.

Dəqiqlik – bir görüşə nə qədər tez, ya da gec gəlməniz sizin həmin şəxsə hörmətinizin göstəricisidir.

Əllə görüşmə – əllərini möhkəm sıxanların güclü xarakterə malik olduğu deyilir. Zəif şəkildə əl sıxanlarda isə özünəinam hissi aşağı olur.

Nihat HÜSEYNZADƏ
BAKU.WS