VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ahhh bu qadınlar, qadınlar. Onlarsız bizim bir günümüz belə olmasın... Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Qadın böyük güvvədir!

8 Mart bütün dünyada Beynəlxalq Qadınlar günü kimi tarixə düşüb. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür həmdə ölkəmizdə böyük təmtərahla qeyd olunur.

Bu gün xanımlar bəylər tərəfindən hədiyyə yağışına tutulur. Kimi sevgisini gül-çiçək və bahalı hədiyyələr ilə sübuta yetirir, kimidə gəlbində ki məhəbbətini xoş sözlərlə qarşı tərəfə ifadə edir. İrland yazıçısı Oskar Vilde söyləyirdi ki:«Bir qadının üzü güləndə bir kişinin cibi aglayır». 

BAKU.WS paytaxt sakinləri arasında maraqlı bir sorğu keçirtdi. Xanımlara ünvanladığımız sual: "8 mart günü bəylərdən hansı hədiyyələr gözləyirsiz?" oldu. Bəy respondentlərimizə verdiyimiz sual isə:"8 martda xanımlara nə hədiyyə edəcəksiz ?"oldu.

Müxtəlif, biri-birindən maraqlı və rəngarəng cavablar aldıq. Hazırladığımız yarı zarafat yarı geyçək dolu video sorğumuzu sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS