SİZİN REKLAM BURADA!
055 213 76 73



Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:

Qoç:
Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti əldən verməyin. Bu gün büdcənizin böyümə ehtimalı da var.

Buğa:
Bu təqvimdə ulduzlar daha çox sizin bürcə pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.

Əkizlər:
Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonra isə maraqlı görüş və pul gözlənilir.

Xərçəng:
Günün ümumi mənzərəsi hüznlü olduğundan bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə qarşıdakı günlərin planlarını qurun. Aldığınız təklifləri düşüncə süzgəcindən keçirin.

Şir:
Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi, ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.

Qız:
Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşama yaxın təzə hadisələrin şahidi olacaqsınız.

Tərəzi:
Ay bürcünüzdə yerləşdiyi üçün səhhətinizdə problemlər ola bilər. Əsəbinizi cilovlayın, gün ərzində kiməsə yamanlıq etməyin. Nahar saatlarında yaxşı xəbər eşidəcəksiniz. Səfərə çıxmaq da olmaz.

Əqrəb:
Çağırılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. İxtiyarınızda olan bu gündə qonum-qonşuların dedi-qodusundan yayınmağa çalışın. Tədbirli olun.

Oxatan:
İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərinizdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.

Oğlaq:
Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə maraqlı hadisələr gözlənilir.

Dolça:
Faciə gününə təsadüf etsə də, müəyyən insanlarla görüşüb mövcud problemlərinizin həllinə çalışa bilərsiniz. Çünki bugünkü söhbətlərin əhəmiyyəti böyükdür. İmkan tapıb qonaq gedin.

Balıqlar:
Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.

BAKU.WS