VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyada da məşhur olan azərbaycanlı videobloqqer Hüseyn Həsənov sosial şəbəkədə məşhur Ceremi Mikslə fotosunu paylaşıb.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, "Dünyanın ən məşhur cinayətkarı" olan Ceremi qanunsuz silah saxladığı üçün həbs edilmiş, sonra model kimi fəaliyyətə başlamışdı. Ceremi bir neçə gün əvvəl Moskvaya gəlib.

Onun Rusiyaya səfərinin məqsədi Olqa Buzovanın klipində rol almaqdır. Çəkiliş məkanında Hüseyn də yer alıb. Bloqqer məşhur məhbusla fotosunu 4,4 milyonluq İnstaqram səhifəsində paylaşıb və "Yanında səndən yaraşıqlı oğlan olanda. Olqanın yerinə olsaydınız kimi seçərdiniz?" sözlərini yazıb. Onun bu paylaşımına 321 mindən çox bəyəni gəlib.

BAKU.WS