SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün "İki tüstü" filminin təqdimat mərasimi keçirilib.
 
BAKU.WS məlumat verir ki, ssenari müəllifi Səməndar Rzayev, rejissoru Əlisəttar Quliyev olan "İki tüstü" filmi iki gəncin başına gələn macəralardan bəhs edir. Gənclər narkotik maddə qəbul etdikdən sonra başlarına qəribə hadisələr gəlir.
 
Baş rollarda gənc aktyorlar Səməndər Rzayev və Nəriman Abduləliyev çəkilib. Filmdə xalq artisti Arif Quliyev də rol alıb. Xalq artisti epizodik rolda çıxış etməsinə baxmayaraq, yenə də hər kəsi güldürməyi bacarıb.
 
Filmin premyerasında əməkdar artist Vəfa Zeynalova, aparıcılar Şəhriyar Əbilov və Cavid Gül, aktyor Fərda Xudaverdiyev, rejissor-aktyor Ələkbər Əliyev, aktrisa Nigar Babayeva və başqa sənət adamları iştirak edib.
 
BAKU.WS