SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Məşhur Hollivud aktyoru Robert De Niro azərbaycanlı milyarder Araz Ağalarovun ad günü mərasimində mahnı oxuyub. 

 

 

BAKU.WS-in məlumatına görə, azərbaycanlı milyarderin 60 yaşını qeyd etdiyi mərasimdə çoxlu tanınmış şəxslər də iştirak edib. 

Qeyd edək ki, Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977-1983-cu illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983-1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub.


Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub.


Araz Ağalarov vitse-prezidenti olduğu Ümumrusiya Azərbaycan Konqresi Rusiyadakı azərbaycanlıların ən böyük və nüfuzlu təşkilatıdır. Bu gün ÜAK Rusiya və Azərbaycan arasında ticari-iqtisadi, mədəni və digər əlaqələrin inkişafı və möhkəmləndirilməsinə, birgə iri iqtisadi və sosial layihələrin gerçəkləşməsinə yardım göstərir, mövcud problemləri həll etmək, maneələri aradan qaldırmaq istiqamətində geniş tədbirlər həyata keçirir.


Azad Əliyev

BAKU.WS