VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, ötən il ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 2016-cı illə müqayisədə 10 faiz azalıb:

“Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki pandemik qrip virusları, o cümlədən A qripi virusu aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən, kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub”.

A.Əliyeva onu da qeyd edib ki, dekabr ayına nisbətən yanvar ayında Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxanların sayı azalıb: “Hələ ki artım müşahidə olunmur. Vəziyyət stabildir. Bütün lazımi tədbirlər həyata keçirilir. Tibb müəssisələri də lazımi ləvazimatlarla təmin edilib”.

BAKU.WS