VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu il bölgələrdə yaşayan uşaqlar üçün ikiqat bayram sevinci oldu. Baba.az layihəsi barədə süzlərə sujet təqdim etmişdik. Yüzlərlə uşaq şaxta babadan hədiyyə istəmişdi. Yeni ildə isə şaxta baba həmin uşaqların hər birinin arzusunu reallaşdırıb.

Bu il şaxta baba Azərbaycanın 8 rayonunun 10 kəndindən olan uşaqların hamısınn arzularını reallaşdırdı.

Kimisi ondan rəngli karandaş, kimi oyuncaq ayı, bir çoxu isə velosiped istəmişdi.

Qarşılığında isə hökmən xüsusi bacarıq nümayiş etdirmək lazım idi.

Bir qrup gəncin ərsəyə gətirdiyi baba.az layihəsi barədə daha əvvəl məlumat vermişdik.Ucqar dağ kəndlərində yaşayan uşaqlar xüsusi bacarıqlarını videoya lentə alaraq baba.az saytına göndərməyin qarşılığında şaxta babadan ürəklərindən keçən hədiyyəni istəyirdilər. Videoların çəkilib göndərilməsində bir çox uşağa müəllimləri kömək edib. Yeni il günü isə şaxta babadan istənilən həmin hədiyyələrin hər biri öz sahiblərinə çatdı.

Sosial layihə çərçivəsində yardımsevər insanlarla yanaşı bir çox şirkət də uşaqların istədiyi hədiyyələri verməyi öz üzərinə götürüb.Belə olan halda isə hədiyyəsiz qalan uşaq olmayıb.Hətta videosu olmayan uşaqlar da kiçik bir şeirlə şaxta babadan hədiyyə ala biliblər.

Uşaqların təəccüb qarışıq sevincinin isə həddi hüdudu yoxdur.

Layihənin növbəti bayramlarda da həyata keçirilməsi nəzərdə tutulur.

BAKU.WS