VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq Artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Xalq Artistinin həyat və fəaliyyətinin, yaxınlarının, sənət dostlarının onun haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib. Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında Faiq Ağayevin repertuarından mahnılar səsləndirilib. Daha sonra səhnəyə çıxan Faiq Ağayev sevilən mahnılarını ifa edib.

Konsert tamaşaçıların böyük marağına səbəb olub.

BAKU.WS