VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda fəaliyyət göstərən iki şirkət arasındakı rəqabət reklam çarxlarında təhqirə keçib.

BAKU.WS-in məlumatına görə, İrşad Electronics şirkəti tərəfindən çəkilən Yeni il kampaniyası ilə bağlı reklam çarxında Maxi şirkəti təhqir olunub.

Belə ki, reklam çarxında şaxta baba Maxi adlı itini yanına çağırır.

İtin adının Maxi qoyulmasından əlavə diqqət çəkən digər məqam budur ki, itin yuvasının üzərində Maxi şirkətinin reklamda istifadə etdiyi qırmızı rəng fonunda ağ hərflərlə Maxi yazılmasıdır.

İki şirkət arasında rəqabətin olması heç kimə sirr deyil.

Reklam çarxında İrşad Elektronics rəqibinə kiçik ismarış da göndərir. “Maxi, ağıllı ol!”, - deyə İrşad Elektronics-i təmsil edən şaxta baba itə deyir.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS