VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunun futbolçusu Dion Malonenin azərbaycanlı qızla sevgili olduğu ortaya çıxıb. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, futbolçunun xanım sevgilisi Eva Məmmədova ilə Dion Malone bir müddətdir ki, bir yerdə yaşayır. Şəxsi Instagram hesabında da paylaşım edən xanım birgə fotolarını hər kəsə nümayiş etdirir. 

Qeyd edək ki, Dion Malone "Qəbələ"də müdafiənin sağ cinahında çıxış edir. Surinamlı futbolçu bir müddət "Almere Siti" və "ADO Den Haaq" klubunda çıxış edib. Malone həmçinin Niderland vətəndaşıdır.

24 iyun 2017-ci ildə Malone Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalayıb. Futbolçunun transfer qiyməti 700 min avrodur.  

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Nazim
BAKU.WS
 
Eva Məmmədova Dion Malonenin üzünü bağlayaraq fotolarını paylaşıb