SİZİN REKLAM BURADA!
055 213 76 73



19 yaşlı iranlı qız məşhur Hollivud aktrisası Ancelina Coliyə bənzəmək üçün 50 plastik cərrahiyə əməliyyatı etdirib.

BAKU.WS-in məlumatına görə, əməlyyatlardan sonra qorxunc vəziyyətə düşən Saha Tabar adlı iranlı qız hesab edir ki, o, kumirinə bənzəyir.
19 yaşlı qız Coliyə tam bənzəmək üçün pəhriz də saxlayıb və 40 kiloqram arıqlayıb.

Saha Tabar fotolarını İnstagram səhifəsində paylaşıb. İzləyiciləri onun bu görünüşünü bəyənmədiklərini, qorxulu hala düşdüyünü qeyd ediblər.
“Dəhşətdir”, “20 yaşlı qız qoca qarıya oxşayır, onu canlı görsəm qorxardım”, “Bu qıza baxmağa qorxuram”, “Elə bil Hellouinə hazırlaşır” deyə izləyicilər İnstagramda Saha Tabarın paylaşdığı fotoların şərh bölməsində yazıblar.

Saha Tabarın İnstagram səhifəsi qısa müddətdə 300 mini keçib.

BAKU.WS